Bakıda Beynəlxalq Miqrant Günü qeyd edilib
19.12.2019 [09:49]
Dekabrın 18-də Muzey Mərkəzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, universitetlərin, QHT-lərin, həmçinin BMT agentliklərinin nümayəndələri iştirak ediblər.
Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev tədbirdə çıxış edərək bildirib ki, tarixboyu inkişaf edən miqrasiya prosesləri bu gün dünyanın müxtəlif regionlarında baş verən siyasi və hərbi münaqişələr nəticəsində rekord həddə çatıb. Qlobal səviyyədə aparılmış hesablamalara əsasən, 2019-cu ildə dünyada beynəlxalq miqrantların sayı 272 milyona yaxınlaşıb. Onların üçdəikisini əməkçi miqrantlar təşkil edirlər. Bu rəqəmin ilbəil artmasına, eləcə də əvvəllər verilmiş proqnozlardan daha yüksək olmasına baxmayaraq, miqrantlar dünya əhalisinin yalnız 3,5 faizini təşkil edir.
Xidmət rəisinin müavini deyib ki, bu gün bütün dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə miqrasiya axınlarını nəzarətdə saxlamaq və respublikamızda miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, respublikanın siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər nəticəsində Azərbaycan Respublikası əmək miqrasiyası baxımından təyinat ölkədən mənşə ölkəsinə çevrilib. Respublikamıza əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantların hüquqlarının müdafiəsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə miqrasiya, o cümlədən əmək miqrasiyası sahəsində qanunvericilikdə və siyasətdə bir sıra nəzərə çarpacaq islahatlar aparılıb. Həyata keçirilən islahatların əsas məqsədi miqrantların hüquqlarının tam təmin edilməsi və miqrasiyanın tənzimlənməsi zamanı meydana çıxa biləcək mümkün mənfi təsirlərin qarşısının alınmasıdır.
P.Musayev miqrantların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinin həllində dünya ölkələrinin həmrəylik nümayiş etdirmələrinin və bu istiqamətdə birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bildirib ki, sayı ildən-ilə artmaqda olan miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi baxımından 2000-ci ildən etibarən dekabrın 18-də dünyada qeyd olunan Beynəlxalq Miqrant Günü mühüm əhəmiyyət daşıyır. Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya hər kəsin marağına xidmət edir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai diqqətə çatdırıb ki, BMT-nin qurumları bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Birgə icra olunan layihələr nəticəsində Azərbaycanın müvafiq dövlət qurumlarının miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialları artırılıb. Cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Günü böyük əhəmiyyət daşıyır.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva müasir dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və inkişaf xüsusiyyətlərindən, o cümlədən Azərbaycanın bu sahədəki müsbət təcrübəsindən, ölkəmizdə Ombudsman institutunun miqrantların hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsindəki fəaliyyətindən danışıb. Qeyd edib ki, bu əhali qrupunun vəziyyəti, ehtiyacları, problemləri və müraciətləri araşdırılaraq təhlil olunur, qazanılan nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə əhaliyə göstərilən xidmətlərin və məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunluğunun təmin olunması ilə əlaqədar innovativ yanaşmalar tətbiq edilməklə aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
Ombudsman bildirib ki, ölkə daxilində olan miqrantlarla yanaşı, respublikamızın sərhədlərindən kənarda məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının vəziyyəti də daim diqqətdə saxlanılır. Bu məqsədlə DMX, xarici dövlətlərin ombudsmanları, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələrindən geniş istifadə olunur. Xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımızın üzləşdikləri problemlərin həlli, qanuni miqrasiyanın təbliği məqsədilə yerlərdə görüş və məsləhətləşmələr keçirilir, qeyri-müəyyən vəziyyətdə yaşayan şəxslərin statusları leqallaşdırılır, bu istiqamətdə müvafiq addımlar atılır.
Sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangın ölkəmizdəki miqrant həyatı barədə şəxsi təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və myanmalı yeniyetmə miqrantın həyatına dair film nümayiş etdirilib.
Tədbir çərçivəsində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillərdən ibarət stend nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

