/ / Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
19.12.2019 [09:53]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 18-də Masallı, Balakən, Göygöl, İsmayıllı və Tovuz rayonlarının sakinləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.
Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
Diqqətə çatdırılıb ki, Azərbaycanda sosial-iqtisadi sahədə inqilabi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar, ilk növbədə, əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib. Prezident İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdakı dövrdə əhalinin sosial durumunun daha da yaxşılaşdırılması prioritet olacaq. Bu məqsədlə 2019-cu ilin əvvəlində dövlətimizin başçısı iki böyük sosial islahat paketini təsdiqlədi. Birinci paketdə 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasına, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldildi və icra olundu. İkinci paket üzrə isə sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılıb, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılıb. Oktyabrın 1-dən pensiyaların artımı 750 min nəfərə şamil olunub. Hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat təşkil edir. Bu iki sosial islahat paketi ümumilikdə 4,2 milyon vətəndaşı əhatə edir. Minimum pensiya 72 faiz artırılıb. Minimum əməkhaqqının 250 manata çatdırılmasından sonra Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb.
Bundan başqa, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən çox tələbəni, ümumilikdə 1,3 milyon insanı əhatə edir. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə yanaşı, həmin kateqoriyaya aid insanların sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Azərbaycan Prezidentinin digər təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi bundan yararlana biləcək.
Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasının, insanlara layiqli xidmət göstərilməsinin, etik davranış qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56

