“Allahşükür məscidi”nə şəhadətnamə verilib
20.12.2019 [09:44]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, dekabrın 4-də Naxçıvan Muxtar Respublikasında yubiley mərasimi keçirilib. Yubiley tədbirləri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ordubad rayonunun Dırnıs kəndində yeni inşa olunmuş “Allahşükür məscidi”nin açılış mərasimində iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məscidə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini icmaların dövlət qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi verilib. Sənəd Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunub.
Məscid “Allahşükür məscidi” dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək. Naxçıvan Muxtar Respublikasının Tarix və mədəniyyət abidələrinin reyestrində 4/308 saylı qeydiyyat kartında istifadədə olan və ölkə miqyasında mühafizə olunan memarlıq abidəsi kimi göstərilən məscidin memarlıq kompozisiyası, qısa təsviri əksini tapır. Göstərilir ki, Ordubad rayonunun Dırnıs kəndinin gözəl mənzərəyə malik hündür ərazisində yerləşən məscid zal, zalın arxa tərəfində minarə, sağ, sol və arxa tərəflərdə köməkçi otaqlardan ibarətdir. 15x14 metr ölçülərdə olan məscid binasının 19,6 metr hündürlüyündə və diametri 2 metr olan dəmir-beton minarəsi var. Məscidin ərazisinin hündür konusvarı təpəlik olması onun bədii görkəminə bir monumentallıq gətirir.
Məscidin layihələndirilməsi zamanı əsasən milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilib. Binanın qərb fasadında milli memarlığımızın vacib elementi olan baş portal yerləşdirilib və portal Möminə Xatun türbəsinin özünəməxsus memarlıq tağı və ornamentləri ilə bəzədilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

