/ / Bakıda gənclər təşkilatlarının və könüllü hərəkatlarının üzvlərinin iştirakı ilə görüş keçirilib
Bakıda gənclər təşkilatlarının və könüllü hərəkatlarının üzvlərinin iştirakı ilə görüş keçirilib
15.01.2020 [09:29]
Yanvarın 14-də Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatları və könüllü hərəkatlarının iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gənclərin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunduğunu bildirib.
Qeyd edilib ki, könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun prioritet istiqamətlərindən biridir. Fond tərəfindən keçirilən qrant müsabiqələrində və maliyyələşdirilən layihələr üçün müəyyən edilən mövzular sırasında könüllülük fəaliyyətinin təşviqi də mütəmadi olaraq yer alır. Ötən il Gənclər Fondunun “Gənc könüllü” proqramının əhatə dairəsi genişləndirilib, regionlarda təmsilçiliyi artıb. Proqram vasitəsilə yüzlərlə gənc ilk dəfə könüllü hərəkatına qoşulub və nümayəndəliklərin fəaliyyətinin təşkilində fəal iştirak edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova deyib ki, bu gün ölkəmizdə könüllülərin cəlb olunmadığı bir sahə yoxdur. Qürurverici haldır ki, könüllülük fəaliyyətlərini Vətənə, dövlətə, xalqa dəstək, vətəndaşlıq mövqeyinin göstəricisi kimi görən azərbaycanlı gənclər dünyanın inkişaf etmiş ölkələrinin könüllülərindən heç nə ilə geri qalmırlar. Gənclərimiz özlərində yeni xüsusiyyətlər kəşf etməklə xoş və yaddaqalan anlar yaşayırlar. Bununla da şəxsi inkişaflarına böyük töhfələr verəcəklər və təbii ki, könüllülük zamanı qazandıqlarını başqa heç zaman qazanmayacaqlar.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə könüllülüyün geniş vüsət almasına, gənclərin könüllü fəaliyyətinə cəlb olunmasına göstərdiyi diqqət və qayğıdan danışılıb, gənclər siyasətinin prioritet təşkil etməsi vurğulanıb. Həmçinin region gəncləri arasında könüllülüyün təşviqi, könüllülər üçün maarifləndirmə xarakterli tədbirlərin və düşərgələrin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzunmüddətli proqramların icrası və digər məsələlərlə bağlı təkliflər dinlənilib, müzakirələr aparılıb.
Tədbirin təşkilində əsas məqsəd 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında dövlətimizin başçısının Sərəncamına uyğun olaraq, könüllü fəaliyyətin təşviqi, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin aparılmasıdır.
Xatırladaq ki, ötən il dekabrın 1-9-da “Azərbaycan Könüllülük Həftəsi” keçirilib. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edən həftə çərçivəsində silsilə tədbirlər təşkil olunub. Ümumilikdə 79 yerli icra hakimiyyəti orqanı tərəfindən 15 mindən çox könüllünün iştirakı ilə 100-dən çox tədbir keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

