UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
18.01.2020 [10:28]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub.
Tədbirdən öncə rektor, professor Ədalət Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri UNEC-in əsas binasında şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, şəhid ailələri ilə görüşən rektor 20 Yanvarın Ümumxalq Hüzn Günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin universitetdə daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onlarla qürur duyduğunu ifadə edib.
Abidənin ziyarətindən sonra tədbir bədii hissə ilə davam edib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC Yaradıcılıq Mərkəzinin və Tələbə teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırladığı tamaşa nümayiş olunub. Tarixi faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı tələbələrin ifasında xüsusi məharətlə canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin ifası ilə müşayiət olunan tamaşa iştirakçılara kövrək anlar yaşadıb.
Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsi tələbələrinin 20 Yanvara həsr edilmiş rəsm əsərləri də nümayiş olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

