AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib
18.02.2020 [09:38]
Fevralın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken, Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk “Egitim-Şen” Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı əldə etdiyi uğurlardan danışıb. Sədr bildirib ki, AHİK dünyanın 50-dən artıq ölkəsinin həmkarlar ittifaqları ilə sıx əlaqə saxlayır. O, bu əlaqələrin qurulmasında, həmin ittifaqlarla əməkdaşlığın genişləndirilməsində Syuzan Flokenin əməyini yüksək qiymətləndirib. Belə qarşılıqlı görüşlərin, seminarların daha sıx şəkildə keçirilməsinin vacibliyini vurğulayan S.Möhbalıyev ATİAHİ Respublika Komitəsinin Beynəlxalq Təhsil Birliyi və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi ilə həyata keçirdiyi birgə layihələrdən də danışıb.
Sədr Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Türk “Egitim-Şen”, “Egitim Birsen” Həmkarlar İttifaqlarının Beynəlxalq Təhsil Birliyinə üzv qəbul edilməsi ilə bağlı məsələdə vasitəçi kimi iştirak etdiyindən məmnunluğunu ifadə edib.
Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken qonaqpərvərliyə və əməkdaşlığa görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə təşəkkür edib. Avropalı qonaq Azərbaycanla əlaqələrin və ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan regionda öz nüfuzu ilə seçilir və imkanları genişdir. Beynəlxalq Təhsil Birliyinin nümayəndəsi quruma üzv ölkələrin sayının çoxalmasının vacibliyini vurğulayıb. O, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyindən əminliyini ifadə edib.
Görüş müzakirələrlə davam edib.
Qeyd edək ki, ATİAHİ Respublika Komitəsi 2000-ci ildən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin üzvüdür.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

