Yevlaxda "Sonsuz dəhliz" filmi nümayiş olunub
25.02.2020 [17:12]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan və Xocalı qətliamının qurbanlarına ithaf olunan, bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi Yevlaxda nümayiş etdirilib. Yevlax Xalq Teatrında nümayiş olunan filmi ictimaiyyət nümayəndələri və məktəblilər izləyiblər.
AZƏRTAC xəbər verir ki, “Sonsuz dəhliz” filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə jurnalist o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı soyqırımından sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Ekran əsəri şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir.
“Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
Film izləyicilərin böyük marağına səbəb olub. Məktəblilər film haqqında təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Aysu Məmtiyeva deyib: "Xocalı faciəsi barədə məlumatım çoxdur. Kitablardan, televiziya və internetdən ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə çox məlumat almışam. Bu gün biz "Sonsuz dəhliz" sənədli filmini izləyərkən faciə ilə bağlı daha dolğun məlumatlar əldə etdik, hadisənin şahidlərini izlədik".
Digər şagird Göyçək Quliyeva isə fikirlərini belə ifadə edib: "Sonsuz dəhliz" filmini izləyərək Xocalı sakinlərinin acılarını daha dərindən hiss elədik. Filmin çəkilişində əməyi olanlara və bugünkü nümayişi təşkil edənlərə təşəkkürümü bildirirəm".
Xəbər lenti
Hamısına baxGündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17

