/ / Azərbaycanın aidiyyəti orqanları koronavirus xəstəliyinə qarşı ciddi tədbirlər həyata keçirirlər
Azərbaycanın aidiyyəti orqanları koronavirus xəstəliyinə qarşı ciddi tədbirlər həyata keçirirlər
11.03.2020 [09:15]
Sərhəd bölgələrinə heyətlər göndərilib, mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar
Son zamanlar dünyada koronavirus xəstəliyinin coğrafiyası daha da genişlənməkdədir. Belə ki, 2019-cu ilin dekabrında Çində baş qaldırmış bu yeni virus artıq 115 ölkəyə yayılıb. Dünya Səhiyyə Təşkilatının yeni növ koronavirusla bağlı (COVID-19) son açıqlamasında bildirilir ki, dünya üzrə koronavirusa 114422 nəfər yoluxub (60 yeni yoluxma), 4027 nəfər ölüb (19 yeni ölüm), 64088 nəfər isə sağalıb (1600 yeni sağalanlar). Koronavirusdan ən çox əziyyət çəkən ölkə Çin, İran, İtaliya və Cənubi Koreyadır.
Qeyd edək ki, Azərbaycanın aidiyyəti orqanları bu gün koronavirusla mübarizə sahəsində çox şəffaf, açıq fəaliyyət göstərirlər. Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verib və Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Bundan başqa, ilk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirilib, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırılıb, bütün informasiyalar paylaşılıb. Yeri gəlmişkən, Nazirlər Kabineti yanında operativ qərargahın son məlumatına görə, İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumata əsasən, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Vurğulanmalıdır ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.
Qeyd edildiyi kimi, Azərbaycanın aidiyyəti orqanları bu xəstəliyə qarşı ciddi tədbirlər həyata keçirirlər, sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. Həmçinin koronavirusun geniş yayıldığı İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyadan ilkin testləri alıb və bütün ölkələrə göndərib. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək. Azərbaycan hökuməti başqa yerlərdə test edilməsinin qarşısını almaq üçün keyfiyyət standartı yaradır.
Eləcə də, bu gün ölkəmizdə koronavirusdan qorunmaqla bağlı yüksək səviyyəli maarifləndirmə işi aparılır. Qeyd olunmalıdır ki, bu virusla bağlı təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var. Koronavirusdan qorunmaq üçün insanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Çünki qapalı məkanlarda yoluxma ehtimalı daha çoxdur. Məlumat üçün bildirək ki, xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır.
Bundan başqa, bu virusdan qorunmaq üçün tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə çalışanlara qarşı da ölkəmizdə ciddi mübarizə aparılır. Belə ki, qaçaqmalçılıq yolu ilə bu tibbi ləvazimatın ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

