Çoxcildliyin müəlliflər heyətinin iştirakı ilə müşavirə keçirilib
12.03.2020 [09:36]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər heyətinin qarşısında duran vəzifələrlə bağlı müşavirə keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyətində keçirilən müşavirədə kitabın baş redaktoru, akademik Ramiz Mehdiyev çıxış edib. Bildirib ki, çoxcildliyin hazırlanması və nəşri haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarı qəbul olunub.
Ölkəmizin müstəqillik dövrünün elmi-nəzəri salnaməsi olacaq çoxcildliyin tarixi əhəmiyyətindən danışan akademik Ramiz Mehdiyev nəşrin tematik və metodoloji xüsusiyyətlərindən ətraflı bəhs edib.
Kitabda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi hakimiyyətləri dövründə ölkəmizdə baş vermiş ictimai-siyasi proseslər, dövlət quruculuğu məsələləri, daxili və xarici siyasət, elm, təhsil və mədəniyyətin inkişafı və sair kimi prioritet istiqamətlərin yer alacağını qeyd edən akademik Ramiz Mehdiyev əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. Akademiya rəhbəri ölkəmizin müstəqillik tarixinin bütün proseslərini əhatə edəcək “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin humanitar və ictimai elmlər sahəsində çalışan alimlərimizin sanballı elmi araşdırmaları əsasında vaxtında və keyfiyyətlə işıq üzü görəcəyinə əminliyini bildirib.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çoxcildliyin yazılıb hazırlanması ilə bağlı qarşıda duran vəzifələr barədə danışıb, nəzərdə tutulan istiqamətlər, hər bir fəsil üzrə işlənəcək mövzular və müəlliflər heyəti haqqında ətraflı şərhlərini diqqətə çatdırıb.
Müşavirədə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Fəlsəfə İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Əli Həsənov və başqaları müzakirə aparılan mövzu üzrə fikir və mülahizələrini bildirib, tapşırılan işləri vaxtında və keyfiyyətlə yerinə yetirəcəklərini qeyd ediblər.
Sonda akademik Ramiz Mehdiyev “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər kollektivinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

