Astaradan olan Böyük Vətən müharibəsi veteranları ilə evlərində görüş olub
09.05.2020 [20:08]
Böyük Vətən müharibəsində Astaradan 5612 nəfər iştirak edib. Göstərdikləri qəhrəmanlığa görə onlardan 3 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 2 nəfəri Şöhrət Ordeninin hər üç dərəcəsinə layiq görülüb. Müharibədən geri qayıdan 3721 nəfər astaralıdan hazırda yalnız 6 nəfəri yaşayır. Bu barədə Astara rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumtada deyilir ki, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar Astaradan olan Böyük Vətən müharibəsi veteranları ilə evlərində görüşərək 9 May Qələbə Günü münasibətilə onları təbrik edib. İcra Hakimiyyətinin başçısı veteranlara Azərbaycan dövlətinin təsis etdiyi “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalını və hədiyyələr təqdim edərək, onlara xoş arzularını bildirib, qayğıları ilə maraqlanıb.
Qeyd edib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən Böyük Vətən Müharibəsində minlərlə azərbaycanlı iştirak edib: “Ulu Öndər Heydər Əliyev sizi “Xalqımızın qızıl fondu” adlandırırdı. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sizi daim diqqətdə saxlaması, sosial problemlərinizin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi, 9 May Qələbə Günü ərəfəsində sizə birdəfəlik maddi yardımlar göstərməsi Ulu Öndər ənənəsinin davamıdır. Siz müharibədə qəhrəmanlıqla döyüşərək faşizm üzərində tarixi qələbəyə töhfələrinizi vermisiniz. Əsl qəhrəman Azərbaycan oğulları kimi sizin tarixi şücaətiniz, şərəfli döyüş yolunuz gənc nəslə vətənpərvərlik nümunəsi olmaqla, yaddaşlardan heç vaxt silinməyəcək. Siz Azərbaycan xalqının ən dəyərli övladları, fəxrisiniz. Müharibə illərində göstərdiyiniz qəhrəmanlıq, misilsiz şücaət bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, sizin xidmətləriniz heç vaxt unudulmur və unudulmayacaq”.
İcra Hakimiyyətinin başçısı veteranlarla görüşdə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində tezliklə mənfur düşmənlərin Azərbaycan torpaqlarından təmizlənəcəyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını, düşmən üzərində qələbəyə birlikdə şahidlik edəcəyimiz günün uzaqda olmadığını əminliklə söyləyib.
Veteranlar isə öz növbəsində göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qələbə gününü onlarla birlikdə qeyd etdiyinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

