“Yüksəliş” müsabiqəsinin videomüsahibə turunun nəticələri açıqlanıb
19.06.2020 [08:46]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin videomüsahibə turunun nəticələri bəlli olub. Videomüsahibə turunun keçirilməsində məqsəd iştirakçıları yaxından tanımaqdır.
AZƏRTAC xəbər verir ki, bu turda əyani mərhələyə buraxılan 976 namizəddən 940 iştirakçı təlimatlara uyğun olaraq şəxsi kabinetdə videomüsahibələrini yerləşdirib. Videomüsahibə turunun şərtlərinə cavab verən 940 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Videomüsahibə turuna qatılanlar 21-30 yaş aralığında 427 nəfər, 31-40 yaş aralığında 432 nəfər, 41-51 yaş aralığında 81 nəfər təşkil edib. Ümumilikdə isə iştirakçılardan 786 nəfəri kişi, 154 nəfəri qadındır.
Müsabiqənin İşçi qrupunun təyin etdiyi ekspert heyəti tərəfindən videoların təhlilləri aparılıb. Ekspert heyətinin tərkibində Dövlət İmtahan Mərkəzinin nümayəndələri və insan resursları üzrə mütəxəssislər yer alıb.
Bu turun qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-ünü seçərək cavablandırıb. İştirakçılar videomüsahibə turunda müəyyənləşdirilmiş şərtlərə, həmçinin texniki göstəricilərə də xüsusi diqqət yetiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

