/ / Pandemiya şəraitində məscidlərin dini ayinlərə bağlı qalması insanların sağlamlığının qorunmasına xidmət edir
Pandemiya şəraitində məscidlərin dini ayinlərə bağlı qalması insanların sağlamlığının qorunmasına xidmət edir
15.08.2020 [01:02]
Ekspertlərin fikrincə, məscidlərdə dini ayinlərin yerinə yetirilməsi zamanı kütləvilik yaşanması COVID-19-a yoluxma riskini artırmış olar
Ölkəmizdə koronavirus pandemiyası (COVID-19) ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Belə ki, böyük ticarət mərkəzləri, şadlıq evləri, yas mərasimlərinin keçirildiyi məkanlar insanların daha sıx və kütləvi toplandığı ərazilər sayıldığı üçün onların fəaliyyəti müəyyən müddət üçün dayandırılıb. O cümlədən hazırda pandemiya şəraitində məscidlər dini ayinlərə bağlıdır. Bütün bunlar, heç şübhəsiz, insanların sağlamlığının qorunmasına xidmət edir. Çünki insanların kütləvi şəkildə bir məkana toplaşması yoluxma ehtimalını artırır.
Xüsusi vurğulamaq lazımdır ki, qlobal bəlaya çevrilmiş COVID-19 pandemiyası şəraitində bir çox müsəlman ölkəsində müvəqqəti olaraq məscidlərdə ibadət etmək yasaqlanıb. Məsələ ilə bağlı fikirlərini bölüşən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev dövlətimizin COVID-19 infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə gördüyü tədbirlərin təqdirəlayiq olduğunu bildirib. Koronavirus pandemiyasının qlobal problem olduğunu deyən F.Nurullayev vətəndaşlarımızın sağlamlığının qorunması üçün dövlətimizin bütün lazımi addımları atdığını söyləyib. O qeyd edib ki, son zamanlar müsbət dinamikanın əldə olunmasında karantin qaydalarına riayət olunması mühüm rola malikdir: “Bu gün bir sıra məkanlar müvəqqəti olaraq bağlıdır. Təbii ki, pandemiya ilə əlaqədar artıq aylardır ki, şadlıq evləri və yas mərasimlərinin keçirildiyi məkanlar fəaliyyət göstərmir. O cümlədən məscidlərdə dini ayinlərin yerinə yetirilməsi və ya camaat namazlarının qılınması zamanı kütləvilik qeydə alındığı üçün bu, hələlik məqsədəuyğun hesab edilmir. Xatırlatmaq istəyirəm ki, avqustun 21-dən Məhərrəm ayı daxil olur və avqust ayının 30-da Aşura günüdür. Təbii ki, Aşura ilə bağlı ayinlərin də məscidlərdə kütləvi şəkildə keçirilməsi tibbi baxımdan müəyyən risklər yaradır və bu risk xəstəliyin qarşıdakı dövrdə artımına səbəb ola bilər. Bu, müvəqqəti haldır və inanırıq ki, yaxın zamanda dünyada pandemiya sona çatacaq və insanlar yenidən öz normal həyatlarına qayıdacaqlar. Allah edilən ibadətləri məkanından asılı olmayaraq qəbul edir və bütün ibədətlərimizi ailəmizin içində, ailəmizlə birlikdə keçirə bilərik. Bu xəstəliyin yayılmaması üçün dualar etməli və sağlamlığımızın qeydinə qalmalıyıq, kütləvi şəkildə yığışmamalıyıq. Bunun üçün də dövlətin qərarlarına ehtiram, hörmət və riayət boynumuzda bir haqdır”.
Qafqaz Müsəlmanları İdarəsi fətva və moizə şöbəsinin aparıcı mütəxəssisi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev isə ölkəmizdə yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlərin effektivliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İslam dinində də ən vacib məsələlərdən biri məhz insanların sağlamlığının qorunmasıdır ki, bununla bağlı Qurani-Kərimdə bir neçə ayə mövcuddur: “Dövlətimiz vətəndaşların sağlamlığının qorunması ilə bağlı çox vacib addımlar atıb. Qafqaz Müsəlmanları İdarəsi olaraq biz də vətəndaşlarımızı Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq. Təbii ki, insanların kütləvi toplanması indiki halda müəyyən risklər yaradır və bu da yenidən yoluxma sayında artıma səbəb ola bilər. Bu səbəbdən Operativ Qərargahın məscidlərin müvəqqəti bağlanması ilə bağlı qərarına hörmətlə yanaşırıq”.
“Bu gün dünya dövlətlərində bu hal yaşanır, insanların kütləvi toplaşmaması üçün tədbirlər görülür. Bu amil virusun yayılmasının qarşısının alınmasında ilkin şərtdir. Hətta bir sıra İslam dövlətlərində də belə qərarların şahidi oluruq. Məsələn, İraq dövləti qarşıdan gələn Məhərrəm ayı dövründə Kərbəla şəhərinə girişi və çıxışı qadağan edib. Çalışaq ki, fəaliyyətimizdə, addımlarımızda həm öz həyatımızı, həm də digərlərinin həyatını riskə atmayaq və Operativ Qarargahın tələb və tövsiyələrinə riayət etməklə ölkəmizdə pandemiyanın bitməsinə birgə nail olaq”, - deyə İ.Quliyev əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

