Məhərrəm ayında karantin qaydalarına daha ciddi riayət etməliyik
26.08.2020 [08:55]
Ekspertlərin fikrincə, Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq COVİD-19 infeksiyasına yoluxma riski baxımından insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir
Məlum olduğu kimi, Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bunların sırasında COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmaların qarşısının alınması xüsusi yer tutur. O cümlədən hazırda pandemiya şəraitində məscidlərdə də dini ayinlərin keçirilməsinə, müvəqqəti olaraq icazə verilmir. Çünki məscidlərdə dini ayinlərin yerinə yetirilməsi zamanı kütləvilik yaşanması COVID-19-a yoluxma riskini artırmış olar. Azərbaycan möminləri, inanclı şəxslər də dövlətin bu sahədə qəbul etdiyi qərarları, gördüyü işləri yüksək qiymətləndirir, həmçinin yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar. Yeri gəlmişkən, bildirək ki, Məhərrəm ayı və Aşura günü bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bununla bağlı müraciətində də bildirildiyi Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyasının yenidən yayılmasına yol aça bilər.
Ümumiyyətlə, xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. Vurğulanmalıdır ki, hətta bir sıra İslam ölkələrində belə Aşura mərasimlərinin kütləvi formada keçirilməsi qadağan edilib. Məsələn, İran İslam Respublikasının Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan olunub. Bu, Tehran vilayəti Məscidlərinin Məsələlərinə Araşdırılması üzrə Mərkəzinin qərarında qeyd olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının üzvü Bəhruz Əzizov bildirib ki, İslam dini insanlığın, varlığın hər yönünə önəm verir və hər hansı bir canlını belə incitməyə izn verilmir. Hazırda pandemiya ilə bağlı hətta Allahın Qurani-Kərimdə əmr buyurduğu Həcc ziyarətinin belə zəvvarlara bağlı olduğunu deyən B.Əzizov bunun insanların sağlamlıqlarının qorunması zərurətindən irəli gəldiyini diqqətə çatdırıb: “Məhərrəmliklə bağlı məsələdə də tam ehtiyatlı davranılmalıdır. Quran ayətinin içərisində Allah buyurur ki, özünüzə zülm eyləməyin. Əgər hər hansı kütləvi tədbirdə bir insanın digərlərini yoluxdurma ehtimalı yaranırsa, bu davranış nə dinimizə, nə hər hansı rizaya, nə də mərhəmətə sığa bilməz. İslam dini mərhəmət dinidi. Tək insanın insana qarşı yox, eyni zamanda da insanın yaşadığı aləmdəki bütün məxluqlara qarşı mərhəmət duyğusu olmalıdır, ehtiyatlı davranmalıdır. Bir insanı qorumaq bütün insanlığı qorumağa xidmət edir və bu bizim dinimizdə çox vacib bir məsələdir. Bu gün hətta İslam ölkələrində belə kütləvi toplantılar, matəm mərasimləri qadağan olunur. Ölkəmizdə də qayda və qanunlara riayət edilməli və fərdi arzu-istəklərə uyğun davranılmamalıdır”.
Milli Məclisin deputatı Afət Həsənova da bildirib ki, bir sıra ölkələrdə insanların kütləvi toplaşdırığı bütün yerlər, o cümlədən məscidlər, kilsələr, ibadətgahlar müvəqqəti olaraq bağlanıb. Onun sözlərinə görə, COVİD-19 təhlükəsinin qaldığı bir vaxtda kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir: “Nəzərə alınmalıdır ki, COVİD-19 təhlükəsi ucbatından bəzi dövlətlərdə kütləvi dini tədbirlərin keçirilməsi ilə bağlı müəyyən qadağalar tətbiq edilib, hətta İslam ölkəsi olan İranda belə Aşura ilə bağlı məscidlərdə matəm mərasimlərinin keçirilməsi qadağan olunub”.
Millət vəkili deyib ki, Məhərrəm ayında xüsusi karantin rejiminin qaydalarına daha ciddi riayət etməyin zəruri olduğunu diqqətə çatdırıb.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

