Azərbaycanda yaşayan icmalar ölkəmizin haqlı mövqeyini müdafiə edirlər
01.10.2020 [09:25]
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan icmaların rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Indian Assossieyşn Azərbaycan” İctimai Birliyinin, Azərbaycanın Gürcü İcmasının, Azərbaycanın Ukrayna Konqresinin, Azərbaycanın Rus İcmasının, “Poloniya - Azərbaycan Polşa İcması” İctimai Birliyinin, Pakistan diasporunun, Azərbaycanda yaşayan Axısqa türklərinin, Dünya Axısqa Türkləri Birliyinin, Alman-Azərbaycan Cəmiyyətinin, “Vaa L hatzolas Nichei Yisroel” Yəhudi Humanitar Təşkilatının, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Fuad Muradov Azərbaycanın sülhsevər, tolerant və multikultural dəyərlərə malik ölkə olduğunu, müxtəlif millətlərə mənsub insanların burada rahat və firavan yaşadığını qeyd edib. O, Ermənistanın cəbhəboyu zonada törətdiyi təxribatdan danışıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında diasporumuzla bərabər, yerli icmaların da xüsusi rolunun olduğunu diqqətə çatdırıb. Mülki əhalinin, azyaşlıların qəsdən hədəfə alınmasının, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasının düzgün olmadığını bildirib.
“Indian Assossieyşn Azərbaycan” İctimai Birliyinin həmtəsisçisi Ronald D Mello çıxış edərək qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatlarına dair həqiqətlər tam dolğunluğu ilə ifadə olunub. “Biz bu həqiqətləri həm dünya ictimaiyyətinə, həm də yaşadığımız ölkənin insanlarına çatdırırıq. Mən 25 ildir ki, Azərbaycanda yaşayıram, bu ölkənin insanlarını sevirəm və Qarabağla bağlı əsl həqiqətləri bilirəm. Bu həqiqətləri yaymağı özümə borc bilirəm”, - deyə o qeyd edib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze və digər çıxış edənlər Qarabağla bağlı səhih məlumatların yayılmasında yaxından iştirak edəcəklərini bildiriblər.
Müzakirənin sonunda icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalayıblar.
Bəyanatda beynəlxalq təşkilatları təxribatlara son qoyulması və Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunması üçün Ermənistana təsir göstərməyə, təcavüzkar ölkə hökumətinin beynəlxalq hüquq və normalara hörmətlə yanaşmasını təmin etməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxSosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07

