Könüllülük - vətənpərvərlik məktəbi, xalqına, dövlətinə bağlılıq və xidmət örnəyidir
12.10.2020 [08:43]
Diaspor fəaliyyətinə gənc könüllülərin cəlb edilməsi dövrün, zamanın tələbidir
III Yazı
Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunub.
Azərbaycanda böyük potensiala malik könüllü bazası formalaşıb
Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanda böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb. Azərbaycanda könüllü hərəkatının aktiv şəkildə güclənməsinə 2012-ci ildə Bakıda beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi də kömək edib. Mindən çox könüllü ölkəmizə gələn qonaqları hava limanında qarşılayıb, onları otellərdə yerləşdirib, nümayəndə heyətləri ilə və birbaşa konsert salonunda çalışıb. Bakıya gələn bütün qonaqlar azərbaycanlı könüllülərin - nəzakətli, tərbiyəli, lazımi biliklərə sahib, ən azı üç dildə danışan peşəkarlığından çox məmnun qalıblar.
Eyni şəkildə könüllülər, dünya tarixindəki ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarında və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər. Bu tədbirlər zamanı könüllülər dəyərli təcrübə qazanıb, yeni münasibətlər qurub, dostlar tapıb və komandada işləməyi öyrəniblər. Bundan başqa, Bakıda məşhur “Formula-1”yarışı kimi güclü bir tədbirin təşkilinə 3500-dən çox tələbə-könüllü cəlb edilib.
Azərbaycandakı könüllülər yalnız böyük beynəlxalq tədbir günlərində deyil, gənclər təşkilatlarının işində, ictimai proseslərdə və dövlət qurumlarının işlərində fəal iştirak edirlər. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis edilməsini də qeyd etmək yerinə düşər.
Onu da bildirək ki, dünyanın narahat edən yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən işlərdə də gənc könüllülər ön sırada gedirlər.
Bu xüsusda qeyd olunmalıdır ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edirlər. Bununla yanaşı, səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranmışdı. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, COVİD-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edlib. Eyni zamanda ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı təsis edilib.
Azərbaycan həqiqətlərini dünyaya çatdıranlar - diaspor könüllüləri
Könüllük hərəkatı, yuxarıda da qeyd etdiyimiz kimi, ümumilikdən çıxaraq, tədricən ayrı-ayrı qurumların, təşkilatların fəaliyyətinin bir istiqamətinə çevrilib. Azərbaycan diaspor könüllülərinin də fəaliyyəti bu mənada təqdirəlayiqdir. Azərbaycanın son illərdə artmaqda olan beynəlxalq nüfuzu həm də diaspor fəaliyyətinin düzgün qurulması, hədəflərin və vasitələrin dəqiq müəyyənləşdirilməsi ilə bağlıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru şəkildə çatdırılması, milli kimliyin qorunması baxımından diaspor təşkilatları və onların ətrafında birləşən gənc könüllülər bu gün olduqca vacib missiyanı həyata keçirirlər.
Diaspor könüllülərinin "Karabakh is Azerbaijan!" milli platforması isə son aylarda dünyanın, demək olar ki, əksər ölkələrində tədbirlər,aksiyalar təşkil etməklə bu işin öhdəsindən layiqincə gəlmək iqtidarında olduqlarını sübuta yetiriblər. Hazırda bu platforma çərçivəsində formalşmış “Facebook” qrupunda 60 ölkədən olan azərbaycanlı gənclər cəm olublar. Eyni zamanda, gənclərin “Twitter” profili, “Instaqram” səhifəsi, “whatsapp” və “Tteleqram” qrupu da fəaliyyət göstərir ki, bu da çevik əlaqələndirmə baxımından önəmlidir.
Platforma çərçivəsində gənclər ingilis, rus və digər dillərdə Qarabağ həqiqətləri haqqında videolar hazırlayıb paylaşır, sosial şəbəkələrdə davamlı olaraq ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında #KarabakhisAzerbaijan!, #Karabakh, #Stoparmenianaggression və s. həştəqlərlə paylaşımlar edirlər.
"Karabakh is Azerbaijan!" platformasının beynəlxalq bölməsində isə yalnız azərbaycanlı gənclər deyil, xarici ölkə gəncləri də təmsil olunur. Xarici ölkə gənclərinin iştirakı ilə "Qarabağ Azərbaycandır!" şüarının təbliği kampaniyasına start verilib və gənclər öz ana dillərində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsi könüllüləri daim diqqətdə saxlayır, onlarla davamlı ünsiyyəti təmin edir və bu gün ölkəmiz üçün prioritet olan əsas hədəf və qütblər barədə dolğun məlumat verir. Komitənin sədrı Fuad Muradov mütəmadi olaraq könüllülərlə görüşür. Hər görüşdə də dövlətimizin tarixində yaranmış hazırkı mürəkkəb dövrdə vətənpərvər gənclərimizin ön və arxa cəbhədə Vətənimiz naminə fədakarlıqlar göstərdiyini xüsusi vurğulayır. Diaspor könüllülərinin ölkə daxilində və xaricində yaşayan vətənpərvər gənclərimizlə birlikdə sosial media və internet resursları vasitəsilə Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən erməni təxribatları haqqında #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAggression həştəqləri ilə çoxsaylı məlumat paylaşmaqla dünya trendinə düşməsi müsbət qiymətləndirilir.
Ümumiyyətlə, diaspor fəaliyyətinə bu gün, xüsusilə, gənclərin cəlb edilməsi dövrün, zamanın tələbidir. Bu gün uğur qazanmaq, istənilən müstəvidə sözünü demək və eşitdirmək üçün məsələlərə fərqli yanaşma, çevik, mobil, qətiyyətli qərar vermə bacarığı vacib şərtdir. Təbliğat və mübarizə üsullarının yenilənməsi, daha sürətli və effektli tərzdə qarşılıqlı şəkildə məlumatlanmaq, eyni zamanda, informasiyanın xüsusi təsir gücünə malik olduğu bir dönəmdə internet resursları üzərində onu tətbiq etmək müəyyən vərdişlər informalşmasını tələb edir ki, bu da daha çox gənclərin bu fəaliyyətə cəlb olunmasını şərtləndirir.
Nüşabə Hüseynova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

