Koronavirusa yoluxub sağalanlar da qorunma tədbirlərinə əməl etməlidirlər
13.11.2020 [08:49]
Mütəxəssislər özündə hər hansı bir xəstəlik simptomları müşahidə edənlərin mütləq sahə həkiminə müraciət etməsini məsləhət görürlər
Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Çox təəssüflər olsun ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb. Belə ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
Verilən məlumata görə, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,4 faizi paytaxtın payına düşür. Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 14,1, Aran rayonlarında 10,7, Gəncə-Qazax bölgəsində 7, Lənkəranda 4, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 2,9, Dağlıq Şirvanda 1,8, Yuxarı Qarabağda 1,1, Naxçıvan Muxtar Respublikasında 0,07 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,8 faizdir.
Qeyd edək ki, pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.
Öz növbəsində ekspertlər vətəndaşları xüsusi ilə də qrip mövsümünün başladığını nəzərə alaraq COVİD-19-la bağlı mövcud qaydalara əməl etməyə çağırırlar.
Məsələyə münasibət bildirən TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin müdiri Xanım Məlikova deyib ki, hər il Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına əsasən, oktyabrın birinci həftəsindən aprelin ortalarına kimi qrip mövsümü elan edilir: “Hər il olduğu kimi, bu il də kəskin respirator xəstəliyə yoluxma hallarında artım olması gözləniləndir. Sadəcə bu, səhiyyə sisteminə düşən yükü artıra bilər. Kimsə bilmir ki, qripə yoluxarkən onu necə keçirəcək. Qrip xəstəliyinin də özünün ağırlaşmaları var”.
O da bildirilib ki, bu il ilk dəfə olaraq ölkə rəhbərliyinin göstərişi ilə respublikaya qrip əleyhinə vaksinlər gətirilib: “İlkin mərhələdə bu vaksinlərin tibb işçilərinə və risk qrupundan olan xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub. Sonrakı mərhələlərdə isə adi vətəndaşlara da vurulacaq. Əlbəttə ki, vaksinasiya məcburi xarakter daşımır, könüllü olaraq hər kəs sahə üzrə təhkim olunduğu poliklinikalara müraciət edərək vaksini vurdura bilər”.
O, bildirib ki, koronavirusa yoluxub sağalan şəxsin ikinci dəfə yoluxmayacağını düşünməsi, arxayınlaşaraq maska taxmaması yanlışdır: “Dünyada ikinci dəfə koronavirusa yoluxmanın mümkünlüyünü göstərən bir neçə fakt var. Azərbaycanda da təkrar yoluxma hadisəsi qeydə alınıb. Dünya praktikasına əsasən, ikinci dəfə yoluxarkən xəstəlik daha ağır keçir. Ona görə də, yoluxub sağalanlar da qorunma tədbirlərinə əməl etsinlər, maska taxsınlar, həm özlərini, həm də ətrafdakıları qorusunlar”.
Pediatr Könül Əliyeva isə vurğulayıb ki, Uşaqların COVID-19-a yoluxmadığı, yoluxarkən isə yüngül keçirdiyi deyilirdi. Lakin yaşından asılı olmayaraq, hər kəs həmin virusa yoluxa bilər: “Heç kim arxayınlaşmasın ki, xəstəlik bitib. Hazırda pandemiya davam edir. Mütləq şəkildə qaydalara əməl olunması tövsiyə edilir”.
Onun sözlərinə görə, COVID-19-a yoluxmadan qorunma tədbirləri çox sadədir. Vətəndaşlardan yalnız fiziki məsafəni saxlamaları, əl gigiyenasına riayət etmələri və tibbi maska taxmaları tələb olunur. Maska taxılması qapalı məkanlarda xüsusi vacibdir. Açıq havada isə sıxlıq olan yerlərdə maska taxmaq zəruridir. Maskanın düzgün taxılması da önəmlidir. “Həmin qaydalara riayət etmək asandır. Kimsə bilmir ki, xəstəliyi hansı səviyyədə keçirəcək. Ona görə də qaydalara əməl etmək və özünü qorumaq tövsiyə olunur. Özündə hər hansı bir xəstəlik simptomları müşahidə edənlər mütləq sahə həkiminə müraciət etsinlər. Sahə həkimi həmin şəxsin qrip və ya koronavirus olduğunu müəyyənləşdirəcək. Belə ki, sahə həkiminin göstərişi ilə onlar yaxma nümunəsi verilməsinə cəlb olunacaqlar”, - deyə pediatr deyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53

