/ / MDB dövlətlərinin Təhlükəsizlik şuraları katiblərinin toplantısında Azərbaycanın koronavirusla mübarizə və digər sahələrdə uğurlu fəaliyyətindən danışılıb
MDB dövlətlərinin Təhlükəsizlik şuraları katiblərinin toplantısında Azərbaycanın koronavirusla mübarizə və digər sahələrdə uğurlu fəaliyyətindən danışılıb
21.11.2020 [00:30]
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov noyabrın 18-də Rusiya tərəfinin təşkilatçılığı ilə videokonfrans formatında keçirilən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin səkkizinci görüşündə iştirak edib.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ramil Usubov tədbirdə çıxış edərək koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Azərbaycanda görülmüş işlər, o cümlədən bu sahədə ölkənin səhiyyə sistemi tərəfindən həyata keçirilmiş effektiv tədbirlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə ilk günlərdən başlayaraq qlobal həmrəylik nümayiş etdirib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb, 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərib. Pandemiya dövründə ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində görülmüş tədbirlər barədə məlumat verilərkən ölkədə məşğulluğun təmin olunması və səhiyyə üçün dövlət tərəfindən 1,5 milyard dollar məbləğində maliyyə vəsaitinin ayrıldığı, 5 milyon insanı əhatə edən sosial paketin reallaşdırıldığı bildirilib.
Yoluxma hallarının sayında artım tempinin müşahidə olunduğunu qeyd edən R.Usubov cari il dekabrın 3-4-də pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün bütün dünya dövlətləri tərəfindən müsbət qarşılandığını vurğulayıb.
Həmçinin tədbir iştirakçıları əhalinin infeksion xəstəliklərdən qorunması məqsədilə ölkədə biotəhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən preventiv tədbirlər barədə məlumatlandırılıb.
R.Usubov çıxışında Azərbaycanın rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi sahəsində fəaliyyəti, Avropa ilə Asiya arasında "Rəqəmsal İpək yolu"nun yaradılması məqsədilə Mərkəzi Asiya dövlətlərinin telekommunikasiya operatorları ilə əlaqələrin qurulması üzrə yeni layihə barədə məlumat verib.
Eyni zamanda, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında mövcud olan siyasi dialoq, ölkəmizin bu dövlətlər üçün Avropa məkanına etibarlı körpü rolunu oynaması qeyd olunub.
Əfqanıstanda sülhün və təhlükəsizliyin qorunmasının bütün region üçün vacibliyini vurğulayan R.Usubov Azərbaycanın həmin dövlətlə iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq həyata keçirməklə sabitliyin qorunması işinə daim öz töhfəsini verdiyini bildirib.
İnformasiya təhlükəsizliyi məsələsinə toxunan R.Usubov müvafiq sahədə zəruri qanunvericilik bazasının formalaşdırıldığını, bu istiqamətdə ölkəmizin milli təhlükəsizliyinə yönələn təhdidlər haqqında məlumat verib.
O, işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycanın informasiya təcavüzünə məruz qaldığını, mövcud vəziyyəti düzgün anlamağa imkan verməyən yalan məlumatların müxtəlif xarici kütləvi informasiya vasitələri və internet saytlar vasitəsilə ictimaiyyətə catdırıldığını qeyd edib.
Sonda qlobal çağırış və müasir təhdidlərə qarşı mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Rusiya, Belarus, Qazaxıstan, Moldova, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan Təhlükəsizlik şuralarının katibləri, eləcə də MDB İcraiyyə Komitəsinin sədri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

