“Ev şəraitində müalicə yalnız həkim təyinatı ilə aparılmalıdır”
15.12.2020 [09:27]
Son vaxtlar dünya ölkələrində, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə edilir. Təbii ki, belə bir vəziyyətdə insanları daha çox düşündürən virusa yoluxmamaq üçün hansı addımların atılmasının vacibliyidir. Mütəxəssislərin sözlərinə görə, burada başlıca məsələ hər kəsin öz üzərinə düşən məsuliyyəti anlayaraq bütün qaydalara əməl etməsidi. İlk növbədə, zərurət olmadığı təqdirdə evdən çıxmamaq lazımdır. Küçəyə çıxmaq xəstəliyə yoluxmağa və başqalarını yoluxdurmağa səbəb ola bilər. Hansısa zərurətdən küçəyə çıxdıqda isə mütləq tibbi maskadan istifadə edilməlidir. Virusa yoluxanlara gəlincə, onların da müalicə zamanı bəzi məsələləri diqqətdə saxlaması vacibdir.
“COVID-19 infeksiyasına yoluxma zamanı xəstəliyi yüngül keçirənlər ev şəraitində müalicə alırlar. Təəssüf ki, həmin xəstələrin müəyyən hissəsi evdə müalicə olunarkən şəfa tapmaq üçün kimdənsə eşitdiyi, yaxud sosial şəbəkələrdə paylaşılan hansısa resept və üsullardan istifadə edir. Təcrübə göstərir ki, ağırlaşmaların başlıca səbəbi çox vaxt bununla əlaqədar olur. Evdə müalicə zamanı istifadə edilən dərmanlardan apteklərdə çalışan əczaçıların məsləhəti ilə deyil, həkim tövsiyəsi və ya reseptlər əsasında istifadə edilməlidir”. Bu fikirləri qəzetimizə açıqlamasında həkim-terapevt Solmaz Musayeva deyib.
O bildirib ki, hər dərman bütün xəstələrə eyni qaydada tətbiq edilə bilməz: “Müəyyən vitamin qrupları var ki, həkimlə məsləhətləşəndən sonra onları qəbul etmək olar. Həmin vitaminlər əsasən D və C vitamini, sink və selen mikroelementləri, antibakterial və antibiotik dərmanlardır. Həmin dərmanlar sırasına qan durulaşdırıcı preparatlar da daxildir, hətta bəzi xəstələr onu inyeksiya şəklində istifadə edirlər. Antibiotiklərdən qeyri-düzgün istifadə nəinki xəstəliyə müsbət təsir göstərə, hətta onun gedişatını ağırlaşdıra da bilər”.
Onun sözlərinə görə, digər qrup preparatlar yüksək dozada vitaminlərin venadaxilinə yeridilməsidir ki, bu, qan laxtalanmasına səbəb ola bilər. Ümumiyyətlə, xəstənin ağır simptomları yoxdursa, həkimlər sistemlərlə müalicəni tövsiyə etmirlər. Həmin proses yalnız xəstəxana şəraitində aparılmalıdır: “Qaraciyərə birbaşa təsir edən toksik dərmanların özbaşına istifadəsi yolverilməzdir. COVID-19 infeksiyası ilə yanaşı, başqa xəstəliklər varsa, bunu həkimə demək lazımdır ki, onun təyin edəcəyi dərmanlar düzgün olsun”.
Həkim qeyd edib ki, düzgün və rasional qidalanmaya da diqqət yetirmək lazımdır: “İstirahət və yuxu rejiminə riayət edilməsi də mütləqdir, eyni zamanda, çoxlu maye qəbul etmək məsləhətdir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

