Yanaşı xəstəliyi olanlar COVID-19-a yoluxarsa, ağır fəsadlarla üzləşə bilər
17.12.2020 [08:56]
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı hər yerdə olduğu kimi, ölkəmizdə də kəskin surətdə artıb. Ekspertlərin sözlərinə görə, payız-qış mövsümündə respirator xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi, COVID-19 yoluxanların sayında da artım olacağı gözlənilən idi. Lakin bunu hər kəs bilməlidir ki, COVID-19-dan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir. Ona görə də ilk növbədə xəstəliyə yoluxmadan qorunmaq lazımdır.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında həkim-kardioloq Tamilla Əliyeva risk qrupuna daxil olanların COVID-19 virusundan necə qorunması haqqında məlumat verib. Bildirib ki, hər hansı yanaşı xəstəliyi, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları, qaraciyər, ağciyər, onkoloji və mədə-bağırsaq xəstəlikləri olanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər: “COVID-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Bu virusa yoluxanların 80 faizində nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi əlamətlərlə müşahidə olunan həmin xəstəliyi yaşlı və yanaşı xəstəlikləri olanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükə yaradır”.
O deyib ki, yaşı 70 yaşdan yuxarı olanlar da risk qrupuna daxildir: “Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də onlar bütün qaydalara tam əməl etməli, sosial məsafə saxlamalı və özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss edən kimi gecikmədən həkimə üz tutmalıdırlar”.
“Gəlin məsuliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq və digərlərinin həyatını riskə atmayaq. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq”, - deyə həkim-kardioloq söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

