/ / İsmayıl Axundov: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfər humanitar problemlərin də həllini təmin etdi
İsmayıl Axundov: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfər humanitar problemlərin də həllini təmin etdi
06.01.2021 [09:29]
Bu il sentyabrın 27-də Ermənistan ordusunun hərbi təxribatlarına cavab olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbə vurulub. Həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı zamanı Rəşadətli Ordumuz otuz ilə yaxın müddətdə işğal altında qalan müqəddəs Vətən torpaqlarını azad edib. Beləliklə, şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası alınıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində qazanılmış bu böyük Zəfər, eyni zamanda, Ermənistan tərəfinin daim siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışdığı humanitar problemləri də həll etdi.
AZƏRTAC xəbər verir ki, bu fikri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.
İsmayıl Axundov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 8-ci bəndində hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi əksini tapıb. Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası humanizm prinsiplərindən çıxış edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə birtərəfli qaydada bu il oktyabrın 29-da, dekabrın 2-də, 9-da, 11-də erməni milliyyətindən olan doqquz nəfəri, həmçinin 30 hərbçini və iki mülki şəxsin meyitini qarşı tərəfə təhvil verib.
İşçi qrupunun rəhbəri vurğulayıb ki, üçtərəfli Bəyanata uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə “hamının-hamıya” prinsipi əsasında əsir və girovların azad edilməsi prosesi ilk dəfə dekabrın 14-də həyata keçirilib. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən görülmüş tədbirlər nəticəsində dekabrın 14-də 12-si hərbçi və 2-si mülki şəxs olmaqla, Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Vətənə gətirilib. Həmin proses zamanı 30-u hərbçi və 15-i mülki şəxs olmaqla 45 erməni qarşı tərəfə təhvil verilib.
Üçtərəfli Bəyanata uyğun olaraq, sonuncu proses dekabrın 28-də həyata keçirilib. Beləliklə, bu günədək qarşı tərəfdə saxlanılan 14 Azərbaycan vətəndaşı və Azərbaycanda saxlanılan 33 hərbçi və 25 mülki şəxs olmaqla 58 nəfər erməni milliyyətindən olan şəxs azad edilib. Hazırda qarşı tərəfdə BQXK-nın baş çəkdiyi 2 nəfər mülki vətəndaşımız saxlanılır. Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbçi, 3-ü isə mülki şəxsdir. Həmin şəxslər barədə BQXK-ya məlumat verilib.
İsmayıl Axundov qeyd edib ki, üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri də döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsidir. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən Azərbaycanın 334, Ermənistanın isə 988 hərbçisinin meyiti çıxarılıb.
Mətbuat konfransında erməni əsirliyindən azad edilmiş ordumuzun hərbçiləri iştirak ediblər. Erməni əsirliyindən azad edilmiş hərbi qulluqçularımız əsirlikdə olarkən hərbçilər, xüsusilə tibb işçiləri tərəfindən məruz qaldıqları işgəncələr, qeyri-insani davranışlar barədə məlumat veriblər. Hərbi qulluqçularımız əsirlikdən azad olunaraq doğma Vətənə, ailələrinin yanına qayıtdıqları üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

