Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
05.03.2021 [09:18]
Tədbirdə şəhid Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək. Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin rəsmiləri ilə yanaşı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə qayğısı olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Nazirlik tərəfindən həmin vətəndaşlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.
Tədbirdə S.Həşimova deyib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. Onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq. Şəhid anası şəhidlərimizin ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib, yeni mənzillə təmin olunanlara bu mənzillərdə firavan həyat arzulayıb.
R.Kərimoğlu qazilərimizə, şəhid ailələrinə hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. Onlara göstərilən genişmiqyaslı dəstək tədbirlərindən bəhs edib. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminatı, onların rifahının yaxşılaşdırılması sahəsində aparılan işləri qeyd edib.
Şəhid ailələri və müharibə əlilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər yürüşündən qürur hissi keçirdiklərini vurğulayıblar. Onların sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya, bu gün yeni, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-si şəhid ailələrinə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

