Nərimanov rayonunda Vətən müharibəsi iştirakçısı, qazi Fərhad Bədəlov ziyarət olunub
12.03.2021 [09:09]
19 saylı Nərimanov seçki dairəsindən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, həmçinin rayon təşkilatının bir qrup üzvü Nərimanov rayonunun sakini, Vətən müharibəsinin iştirakçısı, qazi kiçik çavuş Fərhad Gülağa oğlu Bədəlovu ziyarət ediblər.
Görüş zamanı Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün müddətində əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etməsi, həmçinin “Dəmir yumruq” əməliyyatı ilə xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Hikmət Babaoğlu qeyd edib ki, Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstəriblər.
Millət vəkili bildirib ki, müharibə dövründə dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürurvericidir. Hikmət Babaoğlu qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də xalqımızın qəhrəman oğulları ilə qürur duyduğunu bildirib, onların torpaqlarımızı işğaldan azad etməklə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.
Vətən müharibəsinin iştirakçısı, qazi Fərhad Bədəlov keçdiyi döyüş yolu barədə danışıb. O, Vətən müharibəsinin başladığı ilk gündən döyüşlərdə olduğunu bildirib. Qeyd edib ki, Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə yaralanıb.
Fərhad Bədəlov döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti tərəfindən “Laçının azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.
Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb. Həmçinin ailəyə maddi yardım göstərilib. Qazi göstərilən diqqətə görə öz razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

