Şanlı Qələbə dahi intellektin nəticəsidir
31.03.2021 [09:00]
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vurulub.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı parlaq Qələbəsinin təbliği, eləcə də gənc nəsildə doğma Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliği istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan müsabiqə 2 mərhələdən ibarət olub.
Bakı Şəhər İcra Hakimiyyətində təşkil edilən elmi konfransda BŞİH-in başçısı Eldar Əzizov, təhsil nazirinin müavini Firidun Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalibləri olmuş şagirdlər iştirak ediblər. Eyni zamanda, digər iştirakçı şagirdlər, paytaxt rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, qalib şagirdlərin elmi rəhbərləri və onların təhsil aldıqları məktəblərin rəhbərləri konfransa videoformatda qoşulub.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, uzun illərdir erməni millətçiləri azərbaycanlılara və digər müsəlman xalqlara qarşı soyqırımı siyasəti aparıblar. Əgər iki əsr əvvəl İrəvan xanlığının 70 faizi, Zəngəzurun böyük hissəsi azərbaycanlılardan ibarət idisə, indi həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizi işğal edilmişdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə güclü iqtisadiyyat və bu möhkəm iqtisadi baza üzərində qüdrətli ordu yaradılıb. Beynəlxalq münasibətlər və informasiya sahələrində böyük uğurlar əldə edilib. Bunların nəticəsində müharibədə şanlı Qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə son əsrlərdə Azərbaycanın ilk hərbi qələbəsidir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət fenomenini bir daha sübut edir.
Digər çıxışçılar da müsabiqənin əhəmiyyətini qeyd edərək, Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 33 şagird Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıb və onlar yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.
Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxElm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42

