“Peyvənd edilənlərin mütləq əksəriyyətində anticisimlər yaranır”
08.04.2021 [08:39]
Məlum olduğu kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Əhalinin peyvənd olunması prosesi də kifayət qədər effektiv təşkil olunub. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib. Mütəxəssislərin sözlərinə görə, hazırkı dövrdə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə fəal şəkildə qoşulmaqdır. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və ağırlaşma, xüsusilə də risk qrupuna aid olan insanlar arasında azaltmaq mümkün olacaq.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim Kamil Nəhmətov bildirib ki, vaksinin hər iki dozasını qəbul etdikdən sonra davamlı immunitet yaranır: “Gənclərin daha çox yoluxmasının səbəbi daha çox özünəinam hissi ilə əlaqədardır. Yəni onlar cavan olduqlarına görə immunitetlərinin daha güclü olduğunu və xəstəliyi yüngül keçirəcəklərini düşünürlər. Bu, çox yanlış yanaşmadır, çünki xəstəxana çarpayıları və reanimasiya şöbələrində gənc yaşda olan kifayət qədər xəstələr var. Bununla yanaşı, peyvəndin ikinci dozasının vurulmasından iki həftə keçən və davamlı immunitet yaranan yaşlılarda virusa rastlama sayı azdır. Əlbəttə, bu, çox müsbət göstəricidir. Vaksinin hər iki dozasını qəbul etdikdən sonra davamlı immunitet yaranır. Effektivlik və təhlükəsizlik vaksinin əsas xüsusiyyətləri sırasındadır. Təbii ki, effektivlik vaksin seçimində prioritet məsələlərdəndir”.
Onun sözlərinə görə, əgər müşahidə, təcrübə və təhlillər nəticəsində yaranan immunitetin davamlı olmadığı aşkarlansaydı, bu, tətbiq olunmayacaqdı: “İlk vaxtlarda anticisimlərin səviyyəsində çoxsürətli artım olur, sonra azalaraq lazım olan davamlı konsentrasiyanı özündə saxlayır. Həmin prosesi keçirməyən və ya keçirib immuniteti yaranmayanlarda vaksin vurdurandan sonra anticisimlər əmələ gəlib. Maraqlı xüsusiyyət budur ki, xəstəliyi keçirən xəstələrin təxminən 10 faizə qədərində həmin antiticisimlər yaranmır. Peyvənd edilənlərin mütləq əksəriyyətində isə anticisimlər yaranır”.
Onu da qeyd edim ki, allergik xəstəliyi olanların peyvənd vurdurmasında əks-göstəriş yoxdur. “Bəzi vətəndaşların hansısa bir dərman və ya vaksin komponentinə qarşı həssaslığı ola bilər. Ümumiyyətlə, vaksinlər çoxkomponentli olur və tərkibi fiksasiya, yəni köməkçi komponentləri də ehtiva edir. Həmin komponentlərə qarşı baş verə biləcək allergik reaksiya vəziyyəti təhlil edilir və ona uyğun qərar verilir. Təbii ki, ən çox narahatlıq doğuran anafilaktik şokdur, yəni qəfil allergik reaksiya baş verə və bu, həyati letal, mortalizə ağırlaşmasına səbəb ola bilər. Ona görə də peyvənddən əvvəl və sonra müşahidə aparılır. Əgər qısa vaxt ərzində ağırlaşma baş vermirsə, peyvənd olunanlar proseduru rahatlıqla keçmiş sayılırlar”, - deyə K.Nəhmətov vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

