/ / “Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17.04.2021 [08:53]
Məlum olduğu kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini uğurla təşkil edən ölkələr sırasındadır. Əhalinin peyvənd olunması prosesi də kifayət qədər effektiv təşkil olunub. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aytən Babayeva vaksinasiya prosesinin COVID-19-a qarşı effektiv mübarizə üsulu olduğunu deyib. O bildirib ki, vaksinasiyaya könüllü qoşulanların sayı getdikcə artır: “Ölkəmizdə vaksinasiya tədbirləri davam edir. Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq”.
Mütəxəssis vətəndaşların peyvəndin zəruriliyini düzgün qiymətləndirməsinin də vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizənin ən təsirli yolu məhz peyvəndlərin tətbiq olunmasıdır. Buna görə də hər kəs bu prosesə məsuliyyətlə yanaşmalı, peyvənd olunmaqdan çəkinməməlidir: “Qeyd etdiyim kimi, koronavirusdan qurtulmağın yeganə yolu məhz vaksinasiyadır. Mən və ailə üzvlərim vaksinin hər iki dozasını vurdurmuşuq və səhhətimizdə heç bir problem yoxdur. Kollektiv immunitetin yaranması, məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmaması üçün əhalinin peyvənd olunması olduqca vacibdir”.
Həkim-infeksionistin sözlərinə görə, “gözəgörünməz düşmən”lə mübarizədə hər kəs birlik nümayiş etdirməlidir: “Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə və üç qızıl qaydaya - tibbi maska istifadəsinə, sosial məsafə saxlanılmasına, gigiyena qaydalarına əməl edilməsinə səsləyirəm. Qoruyucu maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Belə ki, bu zaman tibbi maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthlərə toxundururuq. Nəticədə, həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə onlar da yoluxa bilərlər. Bununla yanaşı, əl və respirator gigiyena qaydalarına da əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir”.
Həkim xüsusilə müqəddəs Ramazan ayında insanları daha da diqqətli olmağa və kollektiv toplaşmamağa səsləyir: “Ötən il də Ramazan ayı pandemiya dövrünə təsadüf etmişdi. Pandemiya dövründə, təbii ki, hər bir insan xəstəliklə mübarizə aparır. Hamı bir nəfər kimi xəstəlikdən qorunmaq üçün əlindən gələni etməlidir. Əslində, pandemiyaya görə təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində həmin ayın özünəməxsus ayinlərinin evlərdə təşkili daha məqsədəuyğun hesab edilir”.
“Koronavirusun dünyada geniş tüğyan etdiyi indiki şəraitdə kütləvi mərasimlər təşkil etmək, eləcə də toy və yas mərasimlərində toplaşmaq həm özümüz, həm də cəmiyyətimiz üçün təhlükəlidir. Bildiyiniz kimi, koronavirusla mübarizədə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağalar qoyulub. Virusun geniş yayılmaması üçün, o cümlədən xalqımızın sağlamlığı naminə kütləvi toplaşmaq olmaz. Hər kəs təkcə özünün deyil, başqalarının da sağlamlığının qorunmasına çalışmalıdır. Xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaqla özümüzü də, digər insanları da qorumuş olarıq”, - deyə A.Babayeva söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

