Azərbaycanlı döyüşçülərin sevgi hekayəsi Moskvada romana çevrildi
04.11.2021 [12:03]
1992-ci ildəki paradda elan olunmuş Milli Qəhrəman adı niyə verilməmişdi?
Moskvadan redaksiyamıza göndərilmiş bağlamada “Firəngiz və Xanlar” adlı kitab vardı. Bağlamaya özünü “Azərbaycanlı rus” kimi təqdim edən “Azərbaycan oğulları” ədəbi seriyasının baş redaktoru, “Qızıl qələm”, “Zərdabi”, “Vaqif” mükafatları laureatı, professor V.Tatarenkonun “Yeni Azərbaycan” qəzetinə müraciəti də əlavə edilmişdi. O, müraciətində bu kitabla ədalətin bərpası naminə öz qəti sözünü deyəcəyini yazır: “Xanlar hərbi aviasiyanın simvolu, brendi olan igiddir, 150-dən çox döyüş uçuşu həyata keçirib. Helikopter alayının komandiri və hərbi helikopter ekipajının komandiri kimi, birinci Qarabağ müharibəsində düşmənə ağır zərbələr endirərək, qələbəmizi yaxınlaşdırıb. 1992-ci ildə Azərbaycanın müstəqilliyinin birinci ildönümü münasibətilə keçirilən 9 noyabr paradında Xanlar Səttarova Milli Qəhrəman adı ilə təltif olunduğu elan edildi. Lakin bu adı Azərbaycanın o vaxtkı rəhbərliyinin və dövlət maşınının yarıtmaz fəaliyyəti nəticəsində ala bilmədi. Mən indi Moskvada yaşayıram və Bakı ilə bağlı dövrləri sevgiylə xatırlayıram, öz ikinci vətənimə fayda verməyə həmişə şad olaram. Əlbəttə, mən istərdim ki, kitab Rusiyada rəğbətlə qarşılandığı kimi, öz oxucusunu Azərbaycanda da tapsın. Əgər dəstək olsa, kitabı Azərbaycan dilində də çap etmək olar”.
Birinci Qarabağ müharibəsində...
Qarabağ müharibəsi tarixin saatlı bombası kimi, partladığı zaman Qafqaz xalqlarına saysız-hesabsız dərd gətirdi. Müharibənin fəlsəfəsi, onun əxlaqsız mahiyyəti, heç bir günahı olmayan insanların əzabları “Firəngiz və Xanlar” romanının əsas xəttini təşkil edir. Romandakı fikirlər yüksək mənəvi dəyərlər, həyatın mənası, vətənpərvərlik və məsuliyyət haqqında düşünməyə vadar edir.
...Xocalı şəhəri məhv edilib. Yüzlərlə dinc sakin güllələnib, tanklarla əzilib. “Bu cür dəhşətli cinayətləri kimlər edir axı ?, - deyə müəllif sual verir. Onlar insandırlarmı? Necə bir allaha sitayiş edirlər... Və nəhayət, tankın nişangahına baxaraq, oradan uşağın qorxudan dəyişmiş simasını görən insan nə hiss edir görəsən? Mərmi o uşağı parçalayandan sonra o nə hiss edir? Özünü o dəqiqələrdə kim hesab edir?” Bu sətirlərdə bütün ruhuyla müharibənin qəddarlığına və insanlıqdan uzaq mahiyyətinə qarşı olan müəllifin ürəyinin etirazı hiss olunur.
Əgər siyasi məqamları kənara qoysaq, “Firəngiz və Xanlar” romanı qəhrəmanlıq və sevgi hekayəsidir. Müharibə yollarında doğulan və möhkəmlənən gözəl sevgi hekayəsi... Firəngiz və Xanlar müharibənin çirkabı içində həyatın gözəlliyinin təcəssümüdürlər.
Romanın əsasında tamamilə real hadisələr dayanır. Firəngiz yerdə, Xanlar isə səmada döyüşüblər. Tale onları birləşdirir. Döyüşlər arasındakı fasilədə onlar evlənirlər. Düşmən onları alova bürünmüş səmada bütün növ silahlardan atəşə tutur. Cəhənnəmdən keçən sevgi yaşayır və sevənlərin ürəklərini ömürlük birləşdirir.
Firəngiz Ana vətənin rəmzidir, o, böyük bəlanın qarşısında dayanıb, bütün uşaqları, anaları və qocaları ölüm təhlükəsindən qorumağa hazır bir qadındır. O, televiziyadakı işini yarıda buraxıb könüllü olaraq cəbhəyə, müharibənin ən ağır hissəsinə yollanıb. Cəbhədə o, daim şəhid olanlar və yaralananlar haqqında xəbərləri gözləyir, döyüşçülərə kömək edə bilmək, onları xilas etmək üçün suya, alova girir, onların ağrılarını, son anlarını yüngülləşdirməyə çalışır.
Firəngizin həyatı qəfil dəyişir. İndi o, artıq helikopterin ekipajına daxildir, Xanların komandasındadır.
Səttarovu Allah qoruyur. Onu üç dəfə vururlar, lakin o, hərbi maşının və ekipajın xilası üçün mərdliklə mübarizə aparır. Xanlarla birlikdə birinci Qarabağ müharibəsinin alova bürünmüş səmasından keçənlər onu əfsanə, Azərbaycanın hərbi aviasiyasının simvolu, brendi adlandırırlar.
Müəllif bu mərd insan haqqında, onun xarakterindən, şücaətlərindən, mənəvi dünyasından, dostlarını itirdiyi zaman yaşadığı ağrı-acıdan sevgi və qürurla bəhs edir. Bu, müəllifin də Azərbaycanın üstünə çökmüş o dəhşətli bəlanı yaşadığını, şərlə mübarizənin labüdlüyünü hiss etməsini, kitabın qəhrəmanlarının, Azərbaycan xalqının qarşısındakı borcunu, ədalətin müdafiəsinə həqiqətlə qalxmağın vacibliyini hiss etdiyini təsdiqləyir.
Qoy Vətən uğrunda birlikdə döyüşlərə atılan, hər gün qəhrəmanlıq göstərən ailə - ər və arvad, uzun illər boyu gələcək nəsillər üçün nümunə olsun.
Firəngiz və Xanlar Zəfər paradında...
Birinci Qarabağ müharibəsində sağ qalan Firəngiz və Xanlar işğal altında olan torpaqların azad edilməsi münasibətilə Bakıda keçirilən Zəfər Pardında iştirak edirlər. Ordunun əzəmətinə baxaraq keçmiş günləri yada salır, hər iki tarixi hadisəni müqayisə edirlər. Qələbəyə inam kitabın əsas qəhrəmanlarını heç vaxt tərk etməmişdi. Müəllif də onlarla həmrəydir.
Kitablar fikir gəmiləridir, onlar zamanın dalğalarında səyahət edir və öz qiymətli yükünü nəsildən-nəslə ötürür. Biz əminik ki, “Firəngiz və Xanlar” bədii-sənədli romanı, “Azərbaycan oğulları” ədəbi seriyasının digər kitabları kimi, Azərbaycan xalqının tarixində layiqli yerini tutacaq.
Tatarenko “Firəngiz və Xanlar” hekayətini ikinci Qarabağ müharibəsinin real hadisələri ilə tamamlayaraq, işğal altında olan əraziləri azad edən Azərbaycan Ordusunun həqiqi qiymətini verib.
Cavidan
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

