Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcbari Tibbi Sığorta sistemində yenilik

İcbari Tibbi Sığorta sistemində yenilik

17.12.2021 [10:53]

Göndərişlər dəyişir - özəl klinikalarda da xidmətlər pulsuz olacaq

MÜŞFİQƏ

İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərdə yeniliklər olacaq. Dəyişikliyə əsasən, müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək dövlət tibb müəssisələrində yalnız stasionar yatış üçün göndəriş vərəqəsi tələb olunacaq. Bu barədə İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov məlumat verib.

Ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunacaq?

Şöbə müdiri bildirib ki, hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Onun sözlərinə görə, vətəndaş dövlət tibb müəssisəsində hansısa göndəriş vərəqəsi olmadan ambulator tibbi xidmət və müayinələrdən keçə biləcək: “Stasionar xidmətə ehtiyac yarandıqda isə müayinə həkimi və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edəcək və nəticədə planlı yatış xidmətindən istifadə mümkün olacaq”.

Özəl tibb müəssisəsinə müraciət olunarsa...

“Digər yenilik isə odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdiyi zaman agentliklə müqaviləsi olan tibb müəssisəsi bizim e-poçt ünvanımıza sorğu göndərəcək. Agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub-olmaması araşdırılacaq. Xəstənin həqiqətən təcililiyinin əsaslandırılmış hesab etdiyi təqdirdə agentlik icazə verəcək. Nəticədə vətəndaş həmin xidmətdən ödənişsiz olaraq özəl tibb müəssisəsində yararlana biləcək”, - deyə Arif Əkbərov söyləyib.

Planlı cərrahi əməliyyatlar kimin hesabına olacaq?

Hər hansı planlı cərrahi əməliyyat və ya digər planlı tibbi xidmətlər üçün vətəndaş birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət etdikdə ona xidmətlər öz hesabına göstəriləcək.

Mövzu ilə bağlı fikirlərini qəzetimizin oxucuları ilə bölüşən Kliniki Tibb Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsinin tələb olunmaması vətəndaşın xeyrinə olacaq. Belə ki, bu dəyişiklik vaxt itkisinin qarşısını alacaq.

 Baş toksikoloq əlavə edib ki, icbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərlə bağlı dəyişiklikləri müsbət qiymətləndirir: “Əvvəl vətəndaş gəlib bir müddət gözləyirdisə, indi bu məsələ ləğv olunacaq. Nəticədə həm vaxt itkisinin qarşısı alınacaq, həm də xidmətin keyfiyyəti yüksələcək. Digər yenilik də vətəndaşın xeyrinə həll olunub. Bildiyiniz kimi, özəl xəstəxanalarda müayinə və müalicə ödənişli idi. İmkanı olmayan vətəndaşlar bu xidmətlərdən yararlana bilmirdilər. İndi isə vətəndaş özəl tibb müəssisəsində müqaviləyə əsasən xidmətlər zərfinə daxil olan əməliyyatlardan pulsuz yararlana biləcək. Bir sıra cərrahi əməliyyatlar da buraya daxil ediləcək. Məsələn, açıq ürək əməliyyatları kimi mürəkkəb cərrahi əməliyyatlar pulsuz həyata keçiriləcək”.

 

 

Paylaş
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31