Hər kəsin içində bir peşmanlıq qəbiristanı var...
23.02.2022 [10:24]
MÜŞFİQƏ
“Etdiyimiz əməllərimizə görə peşmanlıq hissi zamanla keçər, amma etmədiklərimizin peşmanlığı isə ömür boyu çəkər” deyiblər. Bəzən etmədiklərimizə görə, bəzən də etdiklərimizə görə peşman oluruq. Kimlərəsə görə peşmanlıq vicdanımızdakı hisslərdən biridir. Onun vəzifəsi keçmişə üz tutmaq və onu mühakimə etməkdən ibarətdir. Araşdırmalara görə, qadınlar kişilərə nisbətən bu hissi daha çox yaşayırlar.
Unutmayaq ki, cəhd etməmək artıq uğursuzluğu etiraf etmək deməkdir. Uğursuzluq yaşamaq qorxusu ilə arzu və istəklərimizi heçə sayırıq. Onları görməzlikdən gəlirik. Gələcəyə yox, keçmişə köklənirik. Ancaq keçmişdə qalırıq və keçmişdə etdiyimiz əməllərin sorğu-sualını aparırıq. Yeni bir səhifə açmaq barədə belə düşünmürük. Bununla gələcəyimizi də məhv etmiş oluruq. Mütəxəssislər deyir ki, bu barədə çox düşünmək insanı xroniki bədbinliyə aparır. Bəs peşmanlıq hissi niyə bizi rahat buraxmır? Bu hissi özümüzdən necə uzaqlaşdıraq?
Peşmanlıq hissi depressiyaya salır
Mövzu ilə bağlı psixoloq İlhamə Vəliqızı ilə söhbətləşdik. İ.Vəliqızı deyir ki, bütün problemlərin kökündə özünə güvənsizlik dayanır: “İnsanlar komfort zonalarından çıxmağa risk etmirlər. İndiki həyata öyrəşdikləri üçün ömrün hansı axarla gedəcəyini bilirlər. Amma yeni bir həyatda onları nə gözləyəcəyindən xəbərsizdilər. Ona görə də peşman olsa belə bu hisslə yaşamağa davam edirlər. Bu kimi hadisələri daha çox ailədaxili şiddətə məruz qalan qadınlar yaşayırlar. Yeni həyat tərzi seçməyin düşüncəsi belə onu qorxutmağa kifayət edir. “Mən getsəm, bugünkü vəziyyətimdən daha yaxşı olacaq, ya peşman olacağam?” deyə özlərini sorğu-sual edirlər. Bu kimi insanlar uşaqlıqdan ciddi uğursuzluğa düçar olublar. Onlar artıq həyatlarının digər mərhələlərində də bu uğursuzluğa düçar olacağından qorxurlar. Sosial həyatlarına da təsir edir və nəticədə tək qalırlar. Hətta qarşılarına çıxan fürsətləri də bilmədən qaçırmış olurlar”.
Kaş ki... bilsəydim ki... peşmanam ...
“Kaş ki, bilsəydim ki, peşmanam kimi fikirlərin sahibi öncə özü dərk etməlidir ki, bu hiss pisdir və onun illərini, gələcəyini məhv edir. Dəyişmək istəyən insanın qarşısını heç kim ala bilməz. Psixoloji dəstək almalı, diaqnostika edilməli və peşmanlıq hissinin əsaslı yaxud əsassız olması üzə çıxmalıdır. Nə qədər erkən üzə çıxarılsa, bir o qədər tez həmin insan o vəziyyətdən xilas olacaq. Müddətli olaraq bu kompleksdən azad olmaq mümkündür. Oxucularımıza məsləhətim odur ki, özünüzə bunu yaşatmayın. Hər bir çətinlikdən çıxış yolu var. Yetər ki, siz bunu özünüzdə görün və dəyişin”, - deyə psixoloq vurğulayıb.
Şairə Kəmalə Abıyevanın da dediyi kimi “Hər kəsin içində bir peşmanlıq qəbrstanı var, ölən ən gözəl duyğuların orada basdırar”.
Hər kəs həyatının müəyyən dövrlərində özünəməxsus şəkildə peşmanlıq yaşayır. Əhəmiyyətli olan isə bu peşmanlıq hissi ilə necə mübarizə aparmaqdır.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

