Başdan-başa muzey olan şəhər - küllərindən doğan Şuşa
05.03.2022 [10:39]
İlhamə
Şuşa qalalar, tarixin yaddaşından qalanlar şəhəridir. Təsadüfi deyil ki, şəhərsalma abidəsi kimi yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, Şuşa 1977-ci ildə tarixi-memarlıq qoruğuna çevrilmişdi.
Kurqan, Şuşa mağara düşərgəsi, Meydan bulağı, Şuşa daş qutusu nekropolu, Şuşa qalası, Mədrəsə, Pənah xanın sarayı, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, ikimərtəbəli karvansaray, İbrahim xanın qəsri, Xanlıq Muxtar karvansarayı, Ağa Qəhrəman karvansarayı, Saatlı məscid, “Gəncə qapısı”, Qazançı kilsəsi, Yuxarı Məscid Mədrəsəsi, Səfərovların karvansarayı, Xan sarayı, Qızlar məktəbi, Türbə, Qızlar monastrı, Molla Pənah Vaqifin türbəsi, Mamay məscidi, Hacı Abbas məscidi və karvansarayı, Hacı Yusif məscidi, Culfalar məscidi və Dəyirmanı, Mamay bulağı, Xoca Mərcanlı məscidi, Köçərli məscidi, Quyuluq məscidi, Seyidli məscidi, Qara Böyük xanın bürcü, Heydər türbəsi, Hacıqulların malikanəsi, Natəvan, Əsəd bəyin mülkləri - Bir balaca şəhərin qoynunda nə qədər mənəvi xəzinə yatarmış. Hələ Ü.Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, Seyid Şuşinskinin, Q.B.Zakirin, Behbudovların, Firudin bəy Şuşinskinin, M.M.Nəvvabın, Bülbülün, Firudin bəy Köçərlinin, Gəray Əsədovun, S.S.Axundovun, C.Qaryağdıoğlunun, Süleyman Vəzirovun, Mamay bəyin, Məşədi Teymur bəyin, Hüsü Hacıyevin, Zöhrabbəyovların dünyaya göz açdıqları evləri demirəm. Hər biri mədəniyyət beşiyi işıq mənbəyi sayılmırmı?
Şuşada rəsmi qeydə alınmış 170 memarlıq, 160 incəsənət abidəsi vardı. Bu qədim qalalar şəhərində 549 tarixi bina, 17 məhəllə bulağı, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr, qala divarı tariximizə hörmət əlaməti kimi qorunurdu.
Şuşa həm də muzeylər şəhəri idi. Şəhərdəki tarix muzeyi, xalça muzeyi, daş sənətkarlığı muzeyi, Qarabağ tarix muzeyi, dərman bitkiləri muzeyi işğala qədər fəaliyyət göstərmişdi.
Şuşa Tarix Muzeyi 1969-cu ildə fəaliyyətə başlayıb. Muzey ən böyük tarixi eksponat olan Yuxarı Gövhər ağa məscidində yerləşirdi. Burada 2500-dən artıq eksponat nümayiş etdirilirdi. Şəhərin tarixi ilə bağlı olan bir çox əşyalar, xüsusən, 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşaya basqını zamanı qala divarlarına atılmış top mərmisi saxlanılırdı. Muzey Şuşanın keşməkeşli həyatı və şanlı keçmişi haqqında zəngin təəssürat yaranmasına kömək edirdi.
Şuşa Xalça Muzeyi 1982-ci ildə Mehmandarovların yaşayış kompleksində açılmışdı. Binanın dörd böyük salonunda xalça ustalarının 300-dən çox əl işi nümayiş etdirilirdi. Xalçalar toxunuş xüsusiyyətlərinə görə ayrı-ayrı salonlarda yerləşdirilmişdi. Bura, əsasən, Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr daxil idi. Pənahəli xan Cavanşirin saray emalatxanasında toxunmuş “Xanlıq” adlı xalça qədim irs nümunəsi olaraq bu muzeydə qorunurdu. Muzeyin ekspozisiyası Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsində qiymətli mənbə kimi mədəniyyət və incəsənətimizin parlaq səhifəsini təşkil edirdi. Şuşa işğal edilərkən muzeydəki bütün xalçalar sağ-salamat təxliyə edildi və hazırda Bakıda Xalça Muzeyində qorunur.
Şuşa Dərman Bitkiləri Muzeyi 1984-cü il iyulun 29-da Vaqif poeziya bayramında açılmışdı. Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə ilkin formaya qaytarılmış, tavanları rəmzi mənada təbii bitki boyaları ilə naxışlanmışdı. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən çəmən ətirli dərman bitkiləri muzeyi kiçik bir dağ bağçasına bənzədirdi. Həmin şəfaverici bitkilərin demək olar ki, hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında bitirdi. Bir yanda isə keçmiş təbabətdə istifadə edilən sənətkarlıqla işlənilmiş qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam qoyulmuşdu. Muzeydə Şuşanın məşhur təbibləri Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad Qayıbov, Mirzə Hüseyn, Əbdülkərim bəy Mehmandarovun portretləri də asılmışdı.
“Şuşa Daş Sənətkarlığı Muzeyi xarakterinə görə respublikada ilk muzey idi. 1983-cü ildə Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və şəhər camaatının köməyi ilə yaradılmışdı. “Gəncə qapısı”nın mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Burada Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, naqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri nümayiş etdirilirdi. Şuşanın daş sənəti tarixinin və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu incəsənət əsərləri arxeoloji qazıntılar zamanı rayon ərazisindən tapılmışdı. Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır.
Üzeyir Hacibəyovun ev-muzeyi 1962-ci ildə bəstəkarın doğulduğu, uşaqlıq və ilk gənclik illərində yaşadığı dördotaqlı evdə açılmışdı. Hacıbəyovlar ailəsinin yaşadığı mühiti əks etdirən muzeydə Üzeyir bəyin uşaqlıq və gənclik dövrünə aid sənədlər, əşyalar, fotoşəkillər və s. saxlanılırdı. Muzeyin qarşısında bəstəkarın abidəsi ucaldılmışdı. 1992-ci ildən sonra Şuşanın başqa tarixi, maddi-mədəniyyət və memarlıq abidələri kimi həmin muzey də erməni vəhşiliyinin qurbanı olub.
Bülbülün ev-muzeyi 1983-cü ildə dahi müğənninin doğulduğu evdə açılmışdı, Bakıdakı ev-muzeyinin filialı idi. İşğal dövründə dağıdılsa da, Şuşa azad edildikdən sonra Bülbülün oğlu Polad Bülbüloğlu tərəfindən təmir etdirilib.
Şuşa Dövlət Rəsm Qalereyası 1984-cü ildə Zöhrabbəyovların malikanəsində fəaliyyətə başlamışdı, on salondan ibarət idi. Qalereyada XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabağinin, o cümlədən tanınmış qrafika, tişə və fırça ustalarının, yerli rəssamların təsviri sənətin müxtəlif növlərində yaratdıqları 200-ə yaxın rəngkarlıq əsərləri toplanılmışdı.
Maraqlı bir qeyd etmək yerinə düşərdi ki, işğal dövründə ermənilər Şuşada Mehmandarovun malikanəsində muzey yaradaraq, bizim eksponatlarımızı dünyaya öz irs nümunələri kimi, Şuşanı isə bütövlüklə erməni şəhəri kimi tanıtmağa çalışmışdılar. Nəzərə alaq ki, işğal dövründə Şuşaya, xüsusən İsa bulağına xarici qonaqlar gəlirdi.
Şuşa Azərbaycan üçün bir başqa mənəvi dəyərə malik şəhərdir. Bu şəhəri igidlərimiz yalın əllərlə düşməndən azad etdilər. Əziz Şuşaya dair şəhər tarixi muzeyinin yaradılması çox gözəl olardı. Bu ənənə dünyada var.
Roma, London, Paris, Praqa, Moskva, Sankt-Peterburq, Berlin, Tokio, Nyu-York, Kiyev, Tallin, Minsk kimi böyük şəhərlərin tarix muzeyləri mövcuddur.
Şuşamız da buna layiqdir. Üstəlik, indi Şuşa barədə deyiləcək daha çox sözümüz var. Bu şəhər uğrunda can vermiş hər qəhrəmanımızın həyatı özü bir dastan, qanlı köynəkləri eksponatdır. Tariximizi unutdurmayaq, yaşadaq ki, diş qıcayıb zəif anımızı gözləyən düşmənlərimizi məyus edək. O ki qaldı Şuşanın köçkün muzeylərinə, onlar artıq yavaş-yavaş öz evlərinə qayıtmaqdadırlar. Böyük köç geri dönür.
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53

