Qaqarinin günahı nə idi?
13.04.2022 [10:34]
Ölümü sirlərlə dolu olan səma fatehi - Onu yadplanetlilər oğurladı?
İlhamə HƏKİMOĞLU
12 aprel insan oğlunun kosmosa ilk uçuş günü kimi tarixə düşüb. Bu, bəşəriyyət üçün möhtəşəm bir hadisəydi. Kosmosa ilk uçan insan olaraq adını tarixə yazan Yuri Qaqarinin ölümü hələ də müəmma olaraq qalır. Onun həyatı və ölümü ilə bağlı çoxlu sayda şəhər əfsanələri gəzib-dolaşır.
1961-ci ilin aprel ayının sonunda Amerikada kosmosa uçuşun baş tutacağı haqqında SSRİ rəhbərliyinə gizli məlumat verilir. Rəsmi Moskva Amerikanı qabaqlamaq üçün vaxtından əvvəl hazırlıq işlərinə son qoyub, uçuşu 12 aprel 1961-ci il tarixinə müəyyən edir. Baykonur meydanından “Vostok” gəmisində uğurla kosmosa çıxan Yuri Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra müvəffəqiyyətlə qayıdıb.
1968-ci il martın 27-də Sovet İttifaqı Qəhrəmanı, təlimatçı Vladimir Seryoginlə qırıcı təyyarədə Çkalovsk aeroportundan havaya qalxan Yuri Qaqarin Vladimir vilayətinin Novoselovo kəndi yaxınlığında qəzaya uğradı. O zaman Yurinin 34 yaşı var idi.
Hadisə ilə bağlı bir çox versiyalar - düzgün verilməyən hava proqnozu, kosmonavtların sağlamlıq durumunun qaydada olmaması, texniki nasazlıq, qeyri-düzgün idarəetmə və hətta siyasi motiv mövcuddur.
Onun ölümü ilə bağlı xəbər 2 gün gizli saxlanıldıqdan sonra ictimaiyyətə açıqlandı. Elə bu faktın özü də çoxlu şaiyələrin yayılmasına səbəb oldu.
Yuri Qaqarinin ölüm səbəbini Kosmonavtların Hazırlanması Mərkəzinin rəhbəri Nikolay Kuznetsov belə bir ehtimalla açıqlayır. Həmin gün Seryoginin səhhətində problem yaranıb. O, ürək xəstəliyindən şikayətlənib. Havada Seryogin infarkt keçirib. Qaqarin təlimatçının vəziyyətini dərhal hiss etməyib. Lakin anlayınca sükanı buraxıb, ona kömək etməyə çalışıb, katapult etməyib. Dostunu köməksiz buraxmayıb.
Aviasiya texnikasının istismarı və təmiri üzrə Elmi-Tədqiqat İnstitutunun keçmiş əməkdaşı İqor Kuznetsovun analizinə görə, təyyarədə havalandırma klapanlarından biri yarıaçıq qalıb. Kokpit hava keçirmirdi və pilotlar bunu çox gec hiss etdilər. Onlar təyyarəni endirməyə çalışıblar, lakin təzyiqin düşməsi səbəbindən huşlarını itiriblər. Qaqarin və Seryoginin ölümünün səbəbi bu ola bilərdi.
Bəzi ehtimallara görə, Qaqarin ölməyib. O öz ölümünü imitasiya edib. Bəziləri hakimiyyət nümayəndələrinin ona sui-qəsd etdiyini də dilə gətirirlər.
Qaqarin sağdır?
O zamanlar xarici mediada Qaqarinin yadplanetlilər tərəfindən oğurlandığı da yazıldı.
Maraqlıdır ki, uçuşdan bir neçə gün öncə Qaqarin özünü qəribə aparıb. “Düşüncəliydi. Onunla birlikdə bərbərə getdik. O, nə üçünsə kəsilmiş saçlarını süpürüb yığdı və onu öz şkafında gizlətdi”,- deyə həmkarlarından biri deyib.
Novoselovo kəndinin sakinləri isə qəzadan bir neçə gün əvvəl havada işıqlı naməlum obyektlər gördüklərini deyiblər. Hətta sakinlər qırıcı təyyarənin işıqlı bir obyektlə toqquşduğunu da deyirdilər. Maraqlıdır ki, qəzadan sonra təyyarənin qalıqları tapılsa da, “qara qutu”su tapılmayıb. Sonradan verilən açıqlamada təyyarənin qara qutusunun olmadığı deyilib. Bu isə mümkün deyildi.
10.19-da MIG-15 təlim missiyasına qalxır. Uçuş insidentsiz keçir. Saat 10.30-da Qaqarin missiyanın başa çatması haqqında məlumat verir və geri dönmək üçün icazə istəyir. Bəzi mənbələr iddia edir ki, növbəti dəqiqə ərzində MİQ-15-in ekipajı aerodroma “parlaq rəngli disk formalı obyekt” haqqında məlumat verib. Pilotlarla əlaqə kəsilməmişdən əvvəl onlar “heç nə görünmədiyini” bildirdilər. Sonra komanda bunu ağır bulud örtüyü ilə əlaqələndirdi. Təcrübəli pilot Seryogin 5 barmağı kimi tanıdığı maşının öhdəsindən gələ bilmirdi. Saat 14.15-də qırıcının yanmış qalıqları tapılıb. Bəlkə də şahidlərin dediyi kimi NUO-ya çırpılan təyyarə deyildi, əksinə - kəndlilərin gördüyü “işıq saçan top” öz hədəfini tapmışdı. Həmin anda əlaqə kəsilir - NUO-nun təsir zonasında radio avadanlığının tipik nasazlı??. Beləliklə, Qaqarinin və Seryoginin yolları ayrılır. Biri aşağı, digəri naməlum dünyalara uçur.
Hadisədən 11 il sonra bolqar görücü Vanqa sensasiyalı bir açıqlama verdi. O iddia edirdi ki, Vamfin adlı bir planetin sakinləri ilə əlaqə saxlayır və yadplanetlilər Qaqarinin ölmədiyini xəbər verirlər.
Təyyarə mühəndisi Yevgeni Yemelyanov da çıxdığı “NUO? Gözlənilməz görüş” adlı proqramın canlı yayımında Qaqarinin yadplanetlilər tərəfindən oğurlandığını iddia etdi. Yemelyanovun iddiasına görə o, 1989-cu il 17 oktyabrda özü də oğurlanmış və “uçan boşqabda” Qaqarini görmüşdü. Yemelyanovun dediyinə görə, onlar üçün zaman məfhumu yox idi.
Texnika elmləri doktoru Aleksandr Subetto hesab edir ki, Qaqarin çox qiymətli informasiya daşıyıcısı idi və o, gördüklərinin hamısı barədə danışmamışdı. Əslində bu uçuşun təfərrüatları barədə də cəmiyyətə tam məlumat verilməmişdi. “Kosmosda olmuş ilk insan ola bilər ki, hansısa yüksək bilgi verəcək bir hadisəyə şahidlik etmişdi. Üstəlik, Qaqarin kosmosda olarkən bir neçə dəqiqə susmuş, sonra danışıqlarının bir neçə dəqiqəsi silinmişdi. Amma bu məxfi məlumat kənara sızmışdı”.
Kosmosu fəth edən ilk kosmonavt Yuri Qaqarinin cəsədinin tapılıb-tapılmadığı məlum deyil. Hadisə yerində yalnız Seryoginin çənə sümüyü aşkarlanmışdı. Qaqarinin məzarı Moskvada Kreml divarlarındadır. Məzar boşdurmu? Bu sualın da cavabı yoxdur.
Qaqarin bəşəriyyətin sərvəti sayılacaq bir insandır. O, dünya vətəndaşıdır. 1962-ci ildə Bakıda onun adı yeni tikilən körpüyə verildi - Qaqarin körpüsünə. Təxminən 10-15 il əvvəl körpünün adı dəyişdirilib Cavanşir körpüsü qoyuldu. Bakıda onlarla küçə və bağ adları var ki, onlar rus əsilli şəxslərin adını daşıyırlar. Məsələn, Qaqarin etdiyi qəhrəmanlığa görə Puşkindən də böyük adam sayıla bilər. Puşkinin bağı da var, abidəsi də. Lev Landau, Tolstoy, Vladislav Plotnikov, Şevçenko,Vunktau.... Bu siyahını xeyli uzatmaq olar. Hamısının adları Bakı küçələrində qorunub saxlanıb, bir Qaqarinə yer tapılmayıb. Qaqarinin günahı nə idi?
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35

