Sən olasan “Gülüstan”
12.05.2022 [10:34]
40 ildən çox tarixi olan saray
Müşfiqə BAYRAMLI
Bakı körfəzini və şəhərin mənzərəsini seyr etmək üçün ən gözəl məkanlardan biri “Gülüstan” sarayıdır. Paytaxtın mərkəzində, zirvəsində Şəhidlər xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən “Gülüstan” sarayı 40 ildən çoxdur ki, şəhər sakinlərinə və qonaqlarına unudulmaz anlar yaşadır.
Heydər Əliyevin təşəbbüsü ilə tikilib
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda həyatın axarını dəyişdi. Bakıda o vaxtlar nadir hallarda yaraşıqlı binalar, müəssisələr tikilirdi. “Gülüstan” sarayı da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilmişdi. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın tikintisinin gedişini şəxsən nəzarətdə saxlamış, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdi.
Milli memarlıq incisi
Layihənin arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə edilib. “Bakı Dövlət Layihə” institutu tərəfindən inşa edilən binanın müəllifləri (N.M.Hacıbəyov və A.Y.Əmirxanov) sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi vahid motivləri tətbiq ediblər. Tağ sırası ilə çərçivələnmiş eyvanlar, binanın ümumi fasadına özünəməxsus görkəm bəxş edir. Ümumi sahəsi 11 743,8 m” olan “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunur.
“Əsrin müqaviləsi”nə ev sahibliyi etdi
Öz əzəməti və bənzərsiz memarlıq üslubu ilə seçilən “Gülüstan” sarayında tarixi əhəmiyyət kəsb edən, müxtəlif sahələrə aid bir sıra ümumrespublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Bunlardan ən mühümü 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” adlı neft sazişinin imzalanmasıdır. Əfsanədən reallığa çevrilən “Əsrin müqaviləsi” ölkəmizin tarixinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı.
Tariximizin ən ağrılı səhifələrindən olan “Gülüstan” müqaviləsi ilə parçalanan ölkəmiz məhz “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması ilə yüksəlişə keçdi - iqtisadi dayaqlarını, siyasi sütunlarını gücləndirdi.
“Gülüstan” sarayında yenidənqurma
Zaman keçdikcə “Gülüstan” sarayının yenidən qurulmasına zərurət yaranmışdı. 2019-cu ilin yanvar ayında Prezident İlham Əliyevin tapşırığı ilə binanın əsaslı təmirinə başlanıldı. Əzəmətli “Gülüstan” sarayı yüksək səviyyədə və özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən quruldu. 2021-ci ilin iyun ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular.
Ən nəhayət, 44 günlük Vətən müharibəsində şanlı qələbəmizdən sonra Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşmüşdü. Bu il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu da “Gülüstan” sarayında keçirildi.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

