21 gün qaydası!
23.06.2022 [10:41]
MÜŞFİQƏ
Gündəlik həyatımız bir sıra rutinlərdən ibarətdir. Bu rutinlərə yenilərini əlavə etmək, yeni vərdişlərə yiyələnmək həyatımızı monotonluqdan xilas edir. Bir vərdişə yiyələnmək və ya vərdişi tərgitmək istədiyiniz zaman 21 gün qaydası sizin dadınıza yetəcək. Əksər insanlar üçün bu vaxt lazımsız görünə bilər. Lakin 21 gün beynin yeni bir şeyi qəbul etməsi və ya mövcud məlumatları unutması üçün kifayət qədər vaxtdır.
Ümumiyyətlə, pəhriz saxlayanda, idmana başlayanda, siqareti buraxanda radikal qərarlar veririk. Hətta eşq iztirabı da bu qəbildəndir. Əgər 21 gündən artıq eşq acısı çəkdiyinizi düşünürsünüzsə, deməli, beyniniz sizə hiylə gəlir...
Bildiyiniz kimi, nəyəsə öyrəşmək, vərdiş etmək 20 gündə beynimizdə yaranan bir vəziyyətdir. 20 gün ərzində eyni hərəkəti etdikdə, 21-ci gündə vərdiş halına keçəcək.
21/90 gün qaydası
Deməli, başladıq. İlk və dəyişilməz qayda: 1 gün ərzində diqqətimizi şəxsi məqsədə yönəldirik. Burada heç vaxt unutmamalı olduğunuz tək bir qayda var. 21 gün ərzində heç bir fasilə olmadan hər gün nizamlı olaraq istədiyinizi etməlisiniz. Üç həftədən sonra bu məqsədə çatmaq vərdiş halına gələcək. Daha 90 gün də davam etdirə bilsəniz.
Bilirik ki, pis vərdişləri məhv etmək yeni bir şey öyrənməkdən daha çətindir. Məsələn, şüurlu şəkildə siqareti tərgitmək istəyə bilərsiniz, lakin şüuraltınızda siqaretlə bağlı müsbət düşüncələr qaldığı təqdirdə heç nə dəyişməyəcək. Bir müddət siqareti tərgitsəniz belə sonra yenidən başlayacaqsınız. Mütəxəssislər belə deyir.
Ona görə də iradənizə qalib gəlin və təslim olmayın. Lazım gələrsə, yaxınlarınızdan dəstək almaqdan çəkinməyin. Qarşınıza qoyduğunuz məqsədə çatdıqdan sonrakı zəfər hissinin dadı bir başqadır.
Necə başlamalıyıq?
21 gün ərzində hansı vərdişə yiyələnmək istədiyiniz barədə qarşınıza hədəf qoyun. 3 həftə fasiləsiz olaraq davranışı həyata keçirməyə çalışın. Əldə etmək istədiyiniz davranışların yanına özünüz üçün təsdiq işarələri qeyd edin. Bu təsdiqlər həm motivasiyanızı artıracaq, həm də həyata daha yaxşı baxmağınıza səbəb olacaq. Vərdiş məqsədinizlə yanaşı, sizi xoşbəxt edəcək fəaliyyətləri də daxil edə bilərsiniz. Məsələn, rəsm çəkmək, musiqi dinləmək, gəzintiyə çıxmaq və ya sevdiyiniz insanla söhbət etmək və s.
Qısası, 21 günlük təkrardan sonra beynimiz onu avtomatlaşdırır, 90 gün ərzində isə həyat tərzinə çevrilir.
Hər şey bu qədər sadədirsə, nəyi gözləyirsiniz? Həyatınıza yeni vərdişlər qatmağa tələsin.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

