Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Elm və təhsil sahəsində islahatlara start verildi

Elm və təhsil sahəsində islahatlara start verildi

30.07.2022 [10:07]

Günel ABBASOVA

Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilib. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev də elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə və bu sahədə mütəmadi, köklü islahatların həyata keçirilməsi bu diqqətin əsas göstəricisidir.

İyulun 28-də Prezident İlham Əliyev ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Bu Fərmanla həm elm, həm də təhsil sahəsində yeni islahatlara start verilib. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu Nazirliyə həvalə edilib.

Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir. Yəni “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir. Fərmanla Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir. Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək. Alimlərin, elmi müəssisələrdə çalışan işçilərin ixtisarı nəzərdə tutulmur və qurumun yeni statusu onun yeni nizamnaməsi ilə müəyyənləşdiriləcək. AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər. Qeyd edək ki, Fərmana əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də yaradılıb.

Yeni islahatların əsas üstünlüyü nədir?

Göründüyü kimi, Azərbaycan Elm və Təhsil Nazirliyinin yaradılması zamanın tələbidir. Dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi artıq genişlənməkdədir. Təhsil Nazirliyinin ayrıca fəaliyyət göstərdiyi ölkələr getdikcə azalmaqdadır. Bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud da Elm və Təhsil Komitəsi, bəzi ölkələrdə Elm, Təhsil və İdman Nazirliyi, digər ölkələrdə isə Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatlar mövcuddur. Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil.

Ekspertlər Elm və Təhsil Nazirliyindən nə gözləyirlər?

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu Fərmanın imzalanması və Fərmandan irəli gələn məsələlərin icrası təhsilin inkişafı baxımından olduqca əhəmiyyətlidir: “Yeni imzalanan Fərman bizi elm və təhsilin gələcəyi barədə pozitiv düşünməyə sövq edir. Çünki bura qədər elm istiqamətində ciddi irəliləyişlərimiz yox idi. Bunun da başlıca səbəbi AMEA-da müəyyən əngəllərin yaradılmasından ibarət idi. Bu baxımdan doktorantlar və elmi tədqiqat işləri aparanların həm əməkhaqqısı, həm də stimullaşdırıcı addımların atılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən mühüm işlərin görüləcəyinə inanırıq. Ümumilikdə sırf 2022-2026-cı illər üçün strateji proqram qəbul olunub və həmin proqram çərçivəsində ölkədə elm və təhsil üçün müəyyən strateji yol xəritəsi çəkilib. Yeni nazirlikdən gözləntilər çoxdur. Onlardan biri də elmlər namizədi və elmi işləri olan şəx?lərin beynəlxalq konfranslarda iştirakı, beynəlxalq mərkəzlərdə təcrübə keçməsinin təmin olunmasıdır”.

Ekspert Kamran Əsədovun sözlərinə görə, hazırda Təhsil Nazirliyi öz ətrafına ən çox insanı birləşdirən qurumdur: “Təhsil Nazirliyinin özünə tabe olan 4432 orta məktəb, 51 ali təhsil, 56 orta ixtisas təhsil, 60-dan çox peşə təhsil müəssisələri və 1693 uşaq bağçası və körpələr evi mövcuddur. Əlbəttə ki, təhsil müəssisələri arasında əlaqələrin qurulması və təhsilin pillələri arasında vahidliyin təmin edilməsi məqsədilə yaradılmış Elm və Təhsil Nazirliyi çox müsbət qiymətləndirilir. Birmənalı şəkildə gözləyirik ki, Azərbaycanda rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında yeni nazirliyin böyük xidməti və rolu olacaq. Ona görə ki, hazırda təhsildən gözləntilər kifayət qədər çoxdur. Mən inanıram ki, bu inkişaf sözdə də, əməldə də öz təsdiqini tapacaq. Hesab edirəm ki, elm və təhsil vəhdət halında inkişaf edəcək. Bu o deməkdir ki, strukturda dəyişiklik ola bilər. Bu gün elmi inkişafımıza dövlət tərəfindən vəsait ayrılsa da, bu sahədə ciddi irəliləyiş görə bilmirik. Yeni nazirlikdən gözləntilər böyükdür. Elə bu səbəbdən yeni nazirliyin tərkibində iki ayrı idarə yaradıldı. Bu, çox yaxşı bir haldır. Ona görə ki, elmi potensialın mərkəzi strukturdan idarə edilməsi müsbət tendensiyadır. Əslində, dünyanın bir çox ölkələrində bu yanaşmadan istifadə edilir. Həm də innovativ layihələrin həyata keçirilməsi baxımından nazirliyin qarşısında böyük imkanlar var. İnanıram ki, yeni təyin olunacaq nazir elmi və onun problemlərini bilən, bu məsələlərin həlli istiqamətində konkret yolları təklif edən bir şəxs olacaq. Bizim AMEA-ya da inamımız böyük idi. Ancaq 44 günlük Vətən müharibəsi dövründə ciddi kəşflər və ixtiralar görə bilmədik. Azərbaycan alimi elmi proseslərə yön verməli olsa da, bunu müşahidə etmədik. Mən inanıram ki, Azərbaycan elmi 2030-cu ildə beynəlxalq rəqabətliliyə davam gətirəcək və özünün kəşflərini, ixtiralarını ortaya qoya biləcək”.

Prezident İlham Əliyevin imzaladığı Fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir. Əminik ki, bu Fərman ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq və Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək.

Paylaş:
Baxılıb: 143 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31