/ / YAP-ın 30 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib
YAP-ın 30 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib
06.11.2022 [20:16]
Noyabrın 6-da “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hesabat məruzəsi təqdim edərək bildirib ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 77 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Şəki, Şəmkir, Ağcabədi, Masallı və Göyçayda təşkil olunub.
Komandaları ümumilikdə təmsil edən 616 nəfər gənc ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar.
Hər qrup üzrə 3 qalib, ümumilikdə 21 komanda final mərhələsində I-III yerlər üzrə mübarizə aparmaq haqqı qazanıblar.
Tədbirdə I, II, III yerləri tutmuş Səbail, Şirvan, Nərimanov komandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.
III yerin qalibi – Nərimanov komandasını YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, II yerin qalibi - Şirvan komandasını YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, I yerin qalibi – Səbail komandasını isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.
İntellektual oyunun bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan gələn Zəfər bayramı, Dövlət Bayrağı Günü və Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tahir Budaqov vurğulayıb ki, Zəfər günü ərəfəsində belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Gənclərimiz hərb meydanında olduğu kimi, bilik yarışmasında da öz şücaət və bacarıqlarını nümayiş etdirirlər. Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclər ordusunun olması çox sevindiricidir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, gənclər bizim gələcəyimizdir.
YAP Sədrinin müavini bilik yarışmasında iştirak edən bütün gəncləri təbrik edib. O qeyd edib ki, bu yarışa qatılan hər bir gənc özünü qalib hesab edə bilər. Vurğulayıb ki, belə intellektual yarışlarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir.
Tahir Budaqov əlavə edib ki, qalib komandalara təqdim olunan medallar dünyada yeganə nüsxələrdir və bu yarış üçün xüsusi hazırlanıb.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

