Koronavirus, yoxsa qrip?
06.01.2023 [10:49]
Sürətlə yayılan xəstəlik...
Yeganə BAYRAMOVA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun aşkar olunan yeni ştammının daha böyük yoluxma dalğası ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib. “Omicron XBB.1.5” adlanan subvariant artıq 29 ölkədə tapılsa da, daha çoxunda yayıla biləcəyi düşünülür. Məsələn, ABŞ-da cəmi bir neçə həftədən sonra o, mövcud olan digər subvariantları əvəz edib.
“Omicron XBB.1.5” ilə bağlı halların sayı 4%-dən 40%-ə yüksəlib. Eyni hadisə Avropa ölkələrində də müşahidə olunub. Təşkilat, bununla belə, insanlarda yaranmış immunitetə görə xəstəxanaya yerləşdirilmə və ölüm hadisələrinin nə dərəcədə artacağını bilmir.
Qurumun eksperti Maria van Kerkhove vurğulayıb ki, ÜST “Omicron XBB.1.5”-in hazırda təsirli olan digər subvariantlardan nə dərəcədə ağır olduğunu hələ araşdırmalıdır və yeni ştammın şiddətinin təhlili üzərində işlər gedir. Tədqiqatın nəticələri yaxın günlərdə dərc olunacaq.
Qeyd edək ki, Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar. Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar.
Ölkədə dəfn sistemi iflic vəziyyətə düşüb. Lunxua krematoriyalarından birinin nümayəndəsi hər gün 500-dən çox cəsədin qəbul edildiyini xəbər verib. Qeyd edək ki, ölkədə sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma halları kəskin artıb. Pekin artıq koronavirusla bağlı gündəlik statistik məlumatların dərcini dayandırıb.
Son zamanlar ölkəmizdə uşaqlar və böyüklər arasında öskürək, ürəkbulanma, yüksək hərarət ilə müşahidə olunan virus yayılıb. Kimisi bu virusu koronavirus, kimisi isə donuz qripinin bir növü hesab edir. Xəstəlik boğaz ağrısı, asqırmaq, öskürmək, burun axması, baş ağrısı kimi əlamətlərlə özünü büruzə verir. Hazırkı dövrdə bu infeksiyaların dalğa şəklində yüksəlməsini müşahidə edirik. İnfeksiyalar müəyyən xroniki xəstəliyi olanlar, immuniteti zəif insanlar və azyaşlılar arasında müəyyən fəsadlara gətirib çıxara bilər.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan virusoloq Elnur Eldaroğlu bildirib ki, noyabr ayının sonlarından etibarən ölkəmizdə koronavirus və superinfeksiyaların kəskin şəkildə yayıldığına şahid oluruq: “Superinfeksiyalar dedikdə, həm koronavirus, həm də qrip törədicilərindən söhbət gedir. Bu infeksiyaların ikisi birlikdə olduqda bəzi hallarda testlər neqativ çıxa, bəzi hallarda isə testin cavablarında gecikmə ola bilər. Hazırda Azərbaycanda vəziyyət ürəkaçan deyil. Həm azyaşlı uşaqlar, həm də böyüklərdə infeksiyaya yoluxma, xəstəlik halları çoxalıb. Xroniki xəstəliyi olan şəxslərin vəziyyəti isə daha ağır şəkildə müşahidə edilir”.
İmmun sistemi gücləndirilməlidir
Həkim xəstəlikdən qorunma yolları barədə də danışıb. Onun sözlərinə görə, istər koronavirus, istərsə də digər respirator viruslardan qorunmaq üçün immun sisteminin gücləndirilməsi vacibdir. Bunun üçün ilk şərt qida rasionuna fikir verməkdir: “İmmun sistemini artıran qidalar və qida əlavələrindən davamlı şəkildə istifadə olunmalıdır. Bitkilərdən cökə, itburnu, meyvə olaraq qreyfrut və digər sitrus meyvələrinə üstünlük vermək lazımdır”.
Testlər yeni ştammları göstərməyə bilər
E.Eldaroğlu COVİD-19 testlərinin yeni ştammları təsbit edib-etməməsi ilə bağlı məqama da toxunub. Virusoloq qeyd edib ki, koronavirus bütün dünyada, eyni zamanda, ölkəmizdə yayılandan bəri müxtəlif zamanlarda mutasiyaya uğrayıb və yeni ştammlar yaranıb. O, yeni ştammlara yoluxan insanların test nəticəsinin neqativ ola biləcəyini vurğulayıb: “Testlər nəticəni pozitiv göstərməyə bilər. Məlumdur ki, kəskin respirator virus infeksiyaları hava-damcı yolu ilə sürətli şəkildə yayıldığı üçün pandemiya halını ala bilər. Dekabrdan marta qədər koronavirusun “H5 N1”, “H1 N1” və s. formada adları dəyişə-dəyişə pandemiya halını ala bilirdilər. Lakin virus nə qədər sürətli yayılsa da, öldürücülük qabiliyyəti əvvəlki zamanlara nisbətən aşağı düşüb”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

