Bahar xəstəliyi...
29.03.2023 [11:10]
Yaz allergiyalarından necə qorunaq?
Yeganə BAYRAMOVA
Baharın gəlişi hər birimizdə xoş əhval-ruhiyyə yaradır. Lakin bu mövsümün özü ilə gətirdiyi problemlər də var. Soyuq qış günlərindən sonra hər kəs yazın ilıq havasını hiss etmək istəyir. Düzdür, baharın havasını hiss etdikcə parklarda, açıq havada vaxt keçirmək istəyirik. Ancaq təbiətdəki dəyişikliklər insan orqanizminə təsirsiz ötüşmür.
Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. Mövsümi xəstəliklərdən sayılan “bahar allergiyası” əsasən mart, aprel və may aylarında bir çox insanda baş verən allergiya növüdür. Ağacların və otların tozları allergik reaksiya nəticəsində insanlarda asqırma, burun tutulması, burun axması kimi şikayətlərə səbəb ola bilir.
Allergik xəstəliklərin növləri
Klinik praktikada indiyə kimi elmə məlum olan bütün allergik xəstəliklər bir neçə növə ayrılır:
Respirator (tənəffüs) allergiyalar. Bu qrupa mövsümi və ilboyu davam edən allergik rinitlər, rinosinuzit, traxeobronxit və respirator allergiyaların ən ağır növü hesab olunan bronxial astma daxildir.
Kontakt allergiyaları (dəri formaları). Bu qrupa qaşınma və səpkilərlə müşayiət olunan övrə xəstəliyi, Kvink ödəmi (dəri, dərialtı toxuma və selikli qişanı zədələyən allergik xəstəlik), atopik dermatit və ekzema aid edilir.
Qida allergiyaları. Özündə müxtəlif klinik təzahürləri əhatə edir: həzm sistemi, dəri və tənəffüs orqanlarının təcrid olunmuş və ya birgə zədələnmələri.
Həşərat allergiyası. Bu allergik reaksiya həşərat dişləməsi və ya tullantı məhsulları ilə təmas nəticəsində ortaya çıxır.
İnfeksion allergiyalar. Onların yaranmasının səbəbi patogen xüsusiyyətlərə malik bakteriya, virus və göbələklərdir (vərəm, brusellyoz, qarayara, sifilis, süzənək və s. xəstəliklərin törədiciləri).
Bəs, yüngül və ağır formada özünü göstərən allergik reaksiyalar zamanı nə etməliyik?
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən allerqoloq-həkim Şahvələd Məmmədov həssas insanların diqqət etməli olduğu məqamlardan danışıb. Onun sözlərinə görə, yaz fəslində ev tozu gənələrinin balalaması artır. Ev tozu gənələri istənilən yaşayış yerində var.
Həkim qeyd edib ki, allergiyası olan şəxs yatdığı, istifadə etdiyi otaqdan yun əşyaları yığışdırmalı, yorğan döşəyini tez-tez dəyişdirməlidir: “Həmin insanlar yaxşı olar ki, öz fəaliyyətlərini günün ikinci yarısında həyata keçirsinlər. Küləkli havada bayıra çıxmasınlar, bu halda baş örtüklərindən istifadə etsinlər. Gün eynəklərindən qoruyucu maskalardan istifadə olunmalıdır. Evə döndükdən dərhal sonra duş qəbul edilməldir. Üst geyimlərini yataq otağına aparmaq olmaz”.
Ş.Məmmədov qeyd edib ki, allergiyanın nəyə qarşı olduğunu bilmək üçün test verilməlidir: “Pandemiyadan öncəki-sonrakı dövrlərə baxsaq, pasientlərdə daha çox aşkarladığımız udlaq və sərt damağdakı qaşınma hissidir. Şikayətlər daha da kəskinləşərsə və bu, burun-tənəffüs pozulmasıdırsa, o zaman artıq xəstəyə cərrahi müdaxilə həyata keçirilə bilər. Bu zaman radrovikans aləti ilə burun balıqqulaqlarını kiçildərək, tənəffüsü bərpa etmək lazım gəlir”.
Saat 10-11 arası...
Allerqoloq, həmçinin bildirib ki, yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə, saat 10-11 arası açıq havada gəzməməlidirlər. Çünki tozlanma daha çox səhər saatlarında olur: “Bundan başqa, həkim təyinatı olmadan sprey və başqa dərmanlar qəbul etmək yolverilməzdir.
Yaz fəslində gözləri də qorumaq lazımdır. Çünki yazda allergik konyuktivit meydana çıxa bilər. Bunun üçün gün eynəklərindən istifadə olunmalıdır. Allergiyası olanlar yaz aylarında paltar yuyan zaman çalışmalıdırlar ki, qapalı eyvanlarda qurutsunlar. Bu zaman çöldə olan toz paltarlara hopmamış olacaq. Evdə heyvan saxlayanlarsa bu dövrdə çalışmalıdırlar ki, heyvanlar yataq otaqlarına girməsinlər”.
Avtomobillərin hava filtrləri təmizlənməlidir
Yaz aylarında allergiyaya yaxalanmamaq üçün avtomobillərin hava filtrlərini də təmizləmək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, siqaret çəkənlər siqaretdən imtina etsələr daha yaxşı olar. Siqaret çəkməyən insanlar isə çəkənlərdən uzaq olmalıdır. Kəskin qoxular, parfüm qoxusu olan yerlərdə olmaqdan çəkinmək lazımdır. Sitrus meyvələrdən uzaq olmalı, digər meyvələrə üstünlük verməlidirlər. Çərəzlərdən uzaq olmaq lazımdır. Çünki allergik xəstəlikləri qıcıqlandırır.
Yaz fəslində virus infeksiyalarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ümumiyyətlə, bütün mövsüm dəyişiklikləri zamanı havanın dəyişməsi, insanların qalın geyimlərdən nazik geyimlərə keçməsi virus infeksiyalarının da artmasına səbəb olur. Belə mövsümi xəstəliklər zamanı antibiotik qəbul etmək məsləhət deyil. Çünki antibiotik qəbulu bədəndə müqaviməti azaldaraq müqavimətsizlik yaradır. Ancaq simptomatik müalicə aparılmalı, hərarət varsa, ona qarşı dərmanlar və bol maye qəbul edilməlidir. Mövsümə uyğun olaraq tərkibi vitamin C ilə zəngin olan meyvələrə üstünlük verilməlidir. Yuxu və iş arasında tarazlıq yaradılmalı, insan bədənini çox yormamalıdır”.
Psixoloji təsirlər
Həkimin sözlərinə görə, bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir: “Yazın gəlməsi ilə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanlar özlərini davamlı halsız hiss etdiklərini və yuxudan doya bilmədiklərindən şikayətlənirlər. Yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır. Belə vəziyyətlə qarşılaşmamaq üçün yaşadığımız yerin hava almasını təmin etməli, nizamlı yuxu saatlarını müəyyənləşdirməli, gündə 7-8 saat yatmağa çalışmalıyıq. Həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

