“BakıKart”ın bitməyən terminal problemi...
27.04.2023 [11:10]
Dayanacaqlardakı terminallar niyə qəhətə çəkilib?
Yeganə BAYRAMOVA
Son zamanlar paytaxtdakı əksər dayanacaqlardan “Bakıkart” aparatlarının yığışdırılması müşahidə olunur. Sərnişinlər “Bakıkart” aparatlarının yığışdırıldığı dayanacaqlarda sözün əsl mənasında çətinlik yaşayırlar. Kartda gedişi olmayan sərnişinlər pul yükləmək üçün “MilliÖn” terminallarını axtarmaq məcburiyyətində qalıblar. Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığı üçün başqa dayanacağa qədər piyada getməkdən savayı əlacımız qalmır. Ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib onun lütfkarlığına sığınmalı oluruq. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, paytaxtda dayanacaqlardan “Bakıkart”a məxsus ödəniş terminallarının götürülməsi texniki amillərlə bağlıdır. Onun sözlərinə görə, bu proses “BakıKart”ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir: “Tam əksinə əvvəlki vaxtlarla müqayisədə hazırda sərnişinlərimizə “BakıKart”ın balansını artıra bilməsi üçün daha geniş imkanlar təqdim edilir. Ötən ilin sentyabrından başlayaraq sərnişinlərimizin “BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradılıb. Nəticədə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərimizə “BakıKart”ın balansını artımaq imkanı yaradılıb. Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 “MilliÖn” və 50 ədəd “BakıKart” terminalı mövcud idi. 2022-ci ilin sentyabrında tətbiq edilən yenilik sayəsində hazırda bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcə yaxşılaşıb, genişlənib. Yəni “MilliÖn” terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi “BakıKart” balansınızı da artıa bilərsiz”.
M.Ağayev qeyd edib ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox “MilliÖn” var. Onun sözlərinə görə, bu artıq sərnişinlər üçün çox böyük rahatlıq deməkdir: “Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, “BakıKart”ın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində ödəniş terminallarını axtarmağa zərurət yoxdur. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan “MilliÖn” terminalları ilə edə bilərlər”.
M. Ağayev bildirib ki, “BakıKart” terminallarının yığışdırılması BNA-nın səlahiyyətində deyil. Bu aparatlar “MilliÖN”ə aiddir.
“MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, bəzi dayanacaqlardan “BakıKart” terminallarının yığışdırılması sırf təhlükəsizliklə bağlı məsələdir: “Hansı dayanacaqda “BakıKart” terminallarına müdaxilə varsa, onlar yararsız vəziyyətə düşdüyündən, həmçinin o ərazi terminalların təhlükəsizliyi baxımından təhlükəli olduğundan yığışdırılır. Bəzən sərnişinlər “BakıKart” terminallarına pul əvəzinə kağız daxil edir, yaxud da digər müdaxilələr edirlər”.
Terminalların yığışdırıldığı dayanacaqlara yenilərinin nə üçün qoyulmadığına gəlincə, Ü. Əfəndiyeva bunun təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ olduğunu bildirib: “Bu, terminala müdaxilə edən sərnişinlərin səhvidir. Bizim daxili qaydalara əsasən təhlükəsizlik baxımından həmin ərazilərdən terminallar götürülə bilər. Yenilərinin qoyulması isə hələki müzakirə olunmur. Ancaq BNA bizə rəsmi müraciət edərsə, buna baxıla bilər”.
Belə məlum oldu ki, hər hansı intizamsız sərnişinin səhvi üzündən minlərlə sərnişin dayanacaqlarda “BakıKart” terminalları ilə bağlı problemlə üzləşməkdə davam edəcək. Qurumun sözçüsü “qurunun oduna yaşın da yandığını” dolayı yolla təsdiqlədi. Bildirdi ki, “BakıKart” terminallarının yığışdırılması iki halda baş verir. Ya həmin dayanacaqda cərəyanla bağlı problem yaranır, yaxud da “BakıKart” terminalına müdaxilə edilir.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

