Nazir təklif etdi: Sentyabrın 1-i ilk dərs günü...
18.05.2023 [10:52]
Qırmızı diplomlulara güzəşt...
G.QABİLQIZI
Mayın 16-da Elm və Təhsil nazirliyi brifinq keçirib. Brifinqdə qanunvericilikdə ali və orta təhsillə bağlı yer alan bir çox məqamlara toxunulub, təhsil proqramlarının hazırlanması, müəllimlərin sertifikasiya imtahanı və direktorların vakant yerləri barədə məlumat verilib.
33 mindən artıq müəllim...
Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə müəllimlərin sertifikasiya imtahanına da diqqət çəkib. Bildirib ki, növbəti mərhələdə 33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulub. Onun sözlərinə görə, 5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir. Nazir bildirib ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın gözləntilərinə əsasən, 80-85%-nin əməkhaqlarının artımı nəzərdə tutulub.
Sənəd qəbulu başlayır...
Nazir bildirib ki, növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır. Onun sözlərinə görə, bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək.
Nazir bildirib ki, bu il 31 imtahan mərkəzində imtahanlar keçiriləcək: “Son 10 ildə 4 müəllimdən biri müsabiqə əsasında, 3-ü isə köhnə sistem əsasında işə qəbul olunub”.
E.Əmrullayev vurğulayıb ki, bu il 10 minə yaxın vakansiya elan olunacaq.
Əməkhaqları diplomlara uyğunlaşdırılmalıdır
Nazirin sözlərinə görə, bağçalarda çalışan tərbiyəçi müəllimlərin təxminən 49 %-i bu sahə üzrə təhsil sənədi olmayanlardır: “Əgər qanunvericiliyə edilən dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 minə yaxın pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur”.
Nazir qeyd edib ki, bu ilin əvvəlindən 22 məktəb direktoru, 19 bağça müdiri işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb: “Şagird sayı 500-dən çox olan 148 məktəbdə direktor vəzifəsi vakantdır. Bu yerlər üzrə 1000-dən artıq namizəd var”.
Dərslər sentyabrın 1-də başlayacaq?
E.Əmrullayev deyib ki, məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı: “Etiraf edək ki, uşaqlar indi məktəbə daha az gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam”, - nazir bildirib. Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı.
Təhsildən yayınma halları gözləniləndir
Nazirin sözlərinə görə, təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir: “Əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi də yaradılıb. İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq”.
Qırmızı diplomlu şəxslərə güzəşt
Nazir qeyd edib ki, qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır. E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə güzəşt edən yox, sənəd verən tərəfdir: “Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Qırmızı diplom bilik və bacarığı təsdiq edirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil”.
Yay mövsümündə tələbələrin köçürülməsi məsələsi olacaq
Nazir bununla bağlı hazırlanan sənədlərin mayın sonu iyunun əvvəli təsdiq olunacağını söyləyib. E.Əmrullayev tələbələrin köçürülməsi prosesində xüsusi dəyişikliklərin olmayacağını bildirib.
Nazirdən tibbi kabinetlərin olmadığı ümumtəhsil müəssisələrinə münasibət
Elm və təhsil naziri Emin Əmrullayev bəzi ümumtəhsil müəssisələrində tibbi kabinetlərin olmaması ilə bağlı məlumatlara münasibət bildirib. Hər məktəbdə tibbi kabinetin olmadığını söyləyən nazir bildirib ki, təzə inşa edilən təhsil müəssisələrində bu kimi problem mövcud deyil. E.Əmrullayev bununla yanaşı, qəzalı məktəblərdə mövcud problemlərin fərqli olduğunu xatırladıb. O, həmçinin məktəblərdə tibbi kabinetlərin təşkilinin Elm və Təhsil Nazirliyinin səlahiyyətində olmadığını vurğulayıb.
Nazir bu məsələdə işlərin Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq çərçivəsində görüldüyünü qeyd edib.
Dünyanın heç bir ölkəsində yoxdur
Elm və təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır: “Bizim qanunvericilikdə olan orta-ixtisas pilləsi anlayışı dünyanın heç bir ölkəsində yoxdur. Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalıyıq. Eyni zamanda, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə müsbət təsir üçün yanaşmamızı dəqiqləşdirməliyik”.
Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır
Elm və təhsil nazirinin müavininin sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişməlidir: “Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunun əməkdaşlarının peşəkarlığı artırılmalıdır”.
Nazir müavini bildirib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: “Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49

