Sərin hava arzusu...
20.06.2023 [10:43]
Kondisionerdən düzgün istifadə etməmək fəsadlara yol açır
Yeganə BAYRAMOVA
İsti yayı kondisionersiz təsəvvür etmək çətindir. Evlərdə, iş yerlərində, nəqliyyat vasitələrində bu soyutma vasitəsindən geniş istifadə edilir. Lakin kondisionerin verdiyi sərinlik qədər gətirdiyi “dərd-bəla” da nəzərə alınmalıdır. Qısamüddətli sərinliyin ardından ortaya çıxan fəsadlar da böyükdür. Kondisionerin istifadəsi zamanı qaydalara düzgün əməl edilmədikdə...
Bu etinasız yanaşma yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yaratmaq qabiliyyətinə malikdir. Ən əsası, alimlərin araşdırmasına görə, kondisioner otaqdakı oksigeni məhv edir. Ona görə də, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını da dəyişmək lazımdır.
Allergiyası olanlar - yaxın əyləşməyin...
Kondisionerin zərərləri barədə “Yeni Azərbaycan”a danışan həkim Şahvələd Məmmədovun sözlərinə görə, bu cihaz işləyən otaqda havada ventilyasiya prosesi həyata keçmir. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədicilər yenidən “dirilir”: “Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də yayır. Ona görə hər bir kondisionerin təmizliyi diqqətdə saxlanılmalı, ona qulluq qaydalarına ciddi əməl edilməlidir. Bəzən bu filtirlərin illərlə təmizlənməməsi kimi hallar da baş verir - belə olan halda isə kondisioner yalnız soyuqdəymə yaratmaqla kifayətlənmir, həm də allergik xəstəlikləri “qızışdırır”. Allergik problemi olan insanlar kondisionerdən uzaq durmalıdırlar”.
Karbon qazı yaranır
Həkim qeyd edib ki, saatlarla kondisioner işlətmək düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı-pəncərəni açıb otağı havalandırmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı, karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır: “Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Onu elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında oturmaq və ya uzanmaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Hətta bu kimi problemləri olmayanlar belə soyuq hava axınının altında saatlarla otursalar boyun və kürək nahiyəsində ağrılar hiss edəcəklər. Kondisionerin altında isə yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür”.
Körpə olan otaqda kondisioner işlətmək olmaz
Ş.Məmmədov onu da bildirib ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner işlətmək olduqca ziyanlıdır. Böyüklərin orqanizmi yuxarıda sadalanan fəsadlara qarşı mübarizə aparmaq gücündədirsə belə, uşaq orqanizmi çox kövrəkdir: “Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner işlətmək olmaz. Körpəli ailələr bunu nəzərə almalıdırlar. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Birbaşa kondisionerin soyutduğu məkana daxil olmaq da mühüm fəsadlara yol açır. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı müəyyən dərəcə soyutmaq olar. Yəni, temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmirlər. Bu səbəbdəndir ki, son zamanlarda əzələ tutulması, boyun, baş ağrıları, burun tutulması halları artıb. Bu kimi halların yaranmasında isə kondisionerdən düzgün istifadə etməmək amili ön sırada dayanır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

