Valideynlərin nəzərinə...
10.08.2023 [11:23]
Məktəbli formaları 10 məntəqədə satılacaq
Y.SAHİB
Azərbaycanda yeni tədris ilinin başlamasına az müddət qalıb. Artıq bu il üçün nəzərdə tutulmuş məktəbli formalarının satışına start verilib. Cari ildən etibarən məktəbli formalarının olması məcburidir. Qeyd edək ki, məktəbli formaları dörd fərqli rəngdə şagirdlərin istifadəsinə verilib.
Valideynlər məktəbli forması almaq üçün indidən satış müəssisələrinə axın edir. Onlardan bəziləri qiymətdən razı, bəziləri isə narazıdırlar.
Keçən il narazı idim, bu il isə...
Valideyn Könül Süleymanova qiymətlərin münasib olduğunu düşünür: “Bu il geyimlər boldur, ölçülər də var. Keçən il narazı qalmışdım çünki geyimlər az idi, övladım üçün lazım olan formanı da tapa bilmirdim. Fikrimcə, qiymətlər münasibdir”.
Qiymətlər münasib olsa...
Digər valideyn Gülşən Hacıyeva ölçü ilə bağlı problem yaşamadıqlarını söyləyib: “Formaların materialı da məni qane etdi. Qiymətlərdə isə dəyişiklik yoxdur, keçən ilki qiymətlərlə eynidir. Ancaq qiymətlər bir az münasib olsa, daha yaxşı olardı. Çünki həm yay, həm də qış forması alırıq, ona görə də gərək büdcəmizə uyğun olsun”.
BTE keyfiyyətli iş əmsalına keçib
Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məktəbli formalarının 10 satış mərkəzində satışı təşkil olunub. O qeyd edib ki, kənar qəsəbələrdə, məsələn, Maştağada, Qaradağda, Mərdəkanda da satış mərkəzləri var: “Bundan başqa, 7 rayonda yeni satış mərkəzimiz açılıb. Bir neçə gün sonra daha 3 rayonda yeni satış mərkəzimiz fəaliyyətə başlayacaq”.
E.Əzimovun sözlərinə görə, məktəbli formalarının oğlan və qızlar üçün standart ölçüdə uzun qol və qısa qol köynəkləri 15 manat, şalvar 25 manat, jaket 30 manat, qızlar üçün isə ətək 25 manat təşkil edir: “54 ölçüdən böyük şalvar və ətəklərin hazırlanması daha çox parça tələb etdiyindən qiymət 30 manat təyin edilib. Bu il Bakı Tikiş Evi məktəbli formalarının ölkə ərazisində bütün şagirdlərin istifadəsinə verilməsi üçün daha keyfiyyətli iş əmsalına keçib”.
Minimum 3 tədris ili...
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib ki, qarşıdan gələn tədris ilində dövlət ümumtəhsil müəssisələri təsdiq edilən 4 formadan istənilən birini istifadə edə bilər: “Nazirlər Kabineti 2022-ci il 7 mart tarixli 96 nömrəli qərar qəbul edib. Bu qərar dövlət ümumtəhsil müəssisələrində təhsil alanların geyim formalarının təsvirinin təsdiq edilməsi il bağlıdır. Qərarda qeyd olunub ki, məktəblər mart ayına qədər Pedaqoji Şura təşkil edərək məktəbə uyğun 4 formadan birini seçməlidir. Seçilən forma minimum növbəti 3 tədris ili keçərli olmalıdır. Bu, o deməkdir ki, bu ilki tədris ilində hansı forma istifadə olunacaqsa, həmin məktəbli forması 3 tədris ili istifadəyə veriləcək”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

