COVİD-in yeni ştammı...
12.09.2023 [11:23]
Azərbaycan üçün təhlükə var ?
Yeganə BAYRAMOVA
2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan COVİD-19 insan həyatını təhdid etməyə davam edir. Virus zamanla mutasiyaya uğrayır və yeni variantlarla ortaya çıxır. Mütəxəssislər yeni variantlar səbəbiylə payız və qış aylarında koronaya yoluxmaların sayında artım ola biləcəyini açıqlayıblar.
Pandemiyanın əvvəllərində insanlarda bu xəstəliklə bağlı qorxu var idi. COVİD-lə əlaqədar dövlətlər virusun yayılmasının qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçiriblər. Karantin rejiminin tətbiq edilməsi, iş yerlərinin bağlanması, sosial izolyasiya-bütün bunlar insan psixologiyasına təsirsiz ötüşməyə bilməzdi.
Narahatlıq və gərginlik yaranmışdı
Əvvəllər əksər insanların virusla bağlı şübhəsi var idi və xəstəliyin ağırlığına inanmırdılar. Lakin infeksiyanın yayılması nəticəsində hər kəsin ətrafında ölüm halları artdıqca insanların xəstəliyə münasibəti dəyişdi. Bununla da onlarda qorxu, narahatlıq, gərginlik hissi baş qaldırdı. Qısa müddətdə bitəcəyi gözlənilən xəstəliyin daha geniş yayılması, getdikcə ağır hal alması, ölüm hallarının artması müşahidə edildi. Virusa yoluxduğu halda qorxu, həyəcan keçirən şəxslərin xəstəliyi daha ağır keçirdikləri, bəzən onların həyəcan və qorxudan ürəklərinin dayandığı ilə bağlı məlumatlar da yayıldı.
Zaman keçdikcə insanlar pandemiya ilə bağlı karantin rejiminə, həyat tərzinə alışsa da narahatlıq və həyəcan hissləri davam edir. Xüsusən, həssas qrupa aid olan şəxslərdə - yaşlılar, qayğıya ehtiyacı olan, sağlamlıqla bağlı problem yaşayan insanlarda belə hallar daha çox müşahidə olunur.
Yeni ştamm-“Pirola”
Dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirus epidemiyası yeni variantlarla təsirini artırmağa davam edir. Son günlər koronavirusun yeni ştammı olan “Pirola” bir çox ölkədə sürətlə yayılır. Artıq “Pirola”nın ilk aşkar edildiyi ölkə olan İsraildə PCR testlərinə yenidən başladığı da bildirilir. Yayılma sürəti ilə diqqət çəkən yeni ştammın qarşıdakı dövrdə İsraildə məhdudiyyətlərə səbəb ola biləcəyi qeyd olunur. Sözügedən variant Danimarka, İngiltərə, ABŞ, Cənubi Afrika və Portuqaliyada da aşkar edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pirola”nın xüsusən yayılma sürətinə görə diqqətlə izlənilməli olduğunu tövsiyə edib.
Məlumdur ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantlar törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil.
COVİD-19 hələ də sürətlə yayılmaqdadır
İnfeksionist Natiq Əzimov “Pirola” varinatının əlamətləri, nə dərəcədə təhükəli olması barədə “Yeni Azərbaycan”a danışıb. Onun sözlərinə görə, yeni variantlar koronavirusa xas olan xüsusiyyətlərə malikdir və mutasiyaların baş verməsi nəticəsində yeni ştammların yaranması tam normal haldır: “Ona görə də koronavirus meydana çıxandan onun yeni variantlarının yayıldığına şahid oluruq. Çin, Yaponiya, Tayland kimi ölkələrdə COVİD-19 hələ də sürətlə yayılmaqdadır. Məlumdur ki, Çində hələ tam kollektiv immunitet formalaşmayıb. Ona görə orada yoluxma ehtimalı daha sürətlidir və yeni variantların meydana çıxmasına bu ölkələrdə daha çox rast gəlinir”.
Azərbaycana da gələ bilər
COVİD-in kəskin respirator virus infeksiyaları qrupuna aid olduğunu bildirən infeksionist bu virusun ağciyər xəstəlikləri törətdiyini, hava-damcı yolu ilə bir şəxsdən digərinə keçdiyini vurğulayıb: “Belə xəstəliklər xüsusilə payız-qış mövsümündə daha aktiv olur. Yaz-yay aylarında isə aktivliyi azalır. “Pirola” variant hələ ki ölkəmizdə müşahidə edilməyib. Amma nəzəri cəhətdən təbii yoluxucu xəstəlikdir, gələ bilər. Payızda və qışa doğru dünyada yoluxma sayında artım gözləyirik və bu artım bizdə də gözlənilir. Buna baxmayaraq, yeni variant müəyyən məhdudlaşdırıcı tədbirlərin görülməsinə səbəb olmayacaq”.
Sadə tövsiyələri unutmaq olmaz...
N.Əzimov qeyd edib ki, payız aylarında yoluxma sayının çoxalmaması üçün hər kəs diqqətli olmalıdır: “Soyuq havalarda insanlar daha çox qapalı məkanlarda olurlar, bu da yoluxma ehtimalını artırır. Mümkün qədər qapalı, insanların çox toplaşdığı məkanlardan uzaq durmaq lazımdır. Dezinfeksiyaedici məhsullardan istifadəni də unutmaq olmaz”.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39

