İnformasiya təhlükəsizliyi...
30.11.2023 [10:34]
Şəxsi məlumatlarımızı necə qoruyaq?
Yeganə BAYRAMOVA
Smartfonlar, planşetlər və kompüterlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün günü əlimizdən düşməyən telefonlarımızda, işlərimizin çoxunu həll etdiyimiz planşet və kompüterlərimizdə məxfi qalmalı olan şəxsi məlumatlarımız, bank hesablarımız, şifrələrimiz var. Texnologiyanın inkişafı həyatımızı daha asan və səmərəli etsə də, bu texnoloji irəliləyişlər məxfilik və təhlükəsizliklə bağlı yeni narahatlıqlar da yaradır. Yalnız fərdi insanlar üçün deyil, biznes təşkilatları, dövlət idarələri, müəssisələr, banklar üçün də informasiya təhlükəsizliyini təmin etmək vacibdir.
Artıq 35 ildir ki, informasiya təhlükəsizliyi ilə bağlı olan məsələləri, bu sahədə yaranan problemləri və onların həllini işıqlandırmaq məqsədilə hər il 30 noyabr tarixi Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu günün yaranmasının isə maraqlı tarixi var.
İlk kompüter virusu
1980-ci illərdə kompüterlərdən istifadə tədricən artırdı və internetin yeni yarandığı vaxtlar idi. 30 noyabr 1988-ci ildə “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla ARPANET-in minlərlə qovşağının fəaliyyətinə ciddi ziyan vurdu. Virusun vurduğu ziyan hesablamalara görə, təxminən 100 milyon dollar idi. Məhz bu hadisədən sonra insanlar informasiya təhlükəsizliyinin vacibliyini dərk etdilər və bu istiqamətdə işlər görülməyə başlanıldı. Həmin il Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü olaraq elan etdi. Bir çox ölkələrdə hər il bu tarixdə informasiya təhlükəsizliyi haqqında ictimai maarifləndirmə məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Ölkəmizdə informasiya təhlükəsizliyinin hər sahədə təmin edilməsi üçün ciddi işlər aparılır. İnformasiya təhlükəsizliyinin pozulması ilə bağlı qanunlara zidd əməllər aşkar olunduqda həmin şəxslər qanunlara uyğun olaraq cəzalandırılırlar.
Şəxsi məlumatların qorunması üçün...
İnformasiya təhlükəsizliyimizi təmin etmək üçün mürəkkəb şifrələrdən istifadə etməli və şifrələrimizi mütəmadi olaraq yeniləməliyik. Şifrələr nə qədər uzun və tərkibi mürəkkəb olarsa, onun başqası tərəfindən ələ keçirilməsi riski o qədər azalar.
Eyni şifrədən istifadə etməyin
Mürəkkəb şifrələr üçün böyük və kiçik hərflərdən, rəqəmlərdən və fərqli simvollardan istifadə edə bilərik. Şəxsi hesablarımıza eyni şifrəni qoymamağa diqqət yetirmək də vacibdir. Çünki eyni şifrədən istifadə etməklə hesabımızdan birinə daxil olmağı bacaranların digərlərinə də daxil olmasını asanlaşdırmış oluruq. Bunlardan əlavə, bir çox proqramlarda bizə təqdim olunan iki faktorlu doğrulamanın aktivləşdirilməsi də şəxsi məlumatlarımızı qoruya bilməyimiz üçün vacib addımdır. Bu, şəxsi hesabımıza daxil olan zaman şəxsiyyətimizi dəqiqləşdirmək üçün istifadə olunan təhlükəsizlik üsuludur.
Bu proqramları yükləmək olmaz...
Digər tərəfdən, kompüterlərimizdə, telefonlarımızda və planşetlərimizdə güvənli antivirus proqramlarından istifadə edə bilərik. Sistemin icazə vermədiyi, yükləyən zaman xəbərdarlıq etdiyi proqramları və ya faylları yükləməkdən çəkinməliyik. Viruslar şəxsi məlumatlarımızın oğurlanmasını asanlaşdıran vasitələrdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30

