İki virus bir arada!
08.01.2024 [10:50]
Sürətlə yayılır...
Son zamanlar digər ölkələrdə olduğu kimi Azərbaycanda da virus infeksiyaları geniş yayılır. Əhali arasında əsasən koronovirus və qrip viruslarının yayıldığı bildirilir. Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusun yeni “JN1” ştammı sürətlə yayılmaqdadır. Bu ölkədə yeni ştamma yoluxma sayı son iki həftədə iki dəfə artıb. ABŞ-da virus infeksiyasına yoluxanların 44 faizində məhz “JN1” aşkarlanıb. Bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkib. Qurumdan verilən məlumatda bildirilir ki, bu ştamm öncədən məlum olan “Omikron XBB.1.5”in alt növlərindəndir və “Pirola” (BA.2.86) ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus da bir gün öncə deyib ki, bir çox ölkədə koronavirus və qripin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı artmaqdadır. Bunun bayramlardan sonra da davam edəcəyi gözlənilir. O, qeyd edib ki, maskalardan, havalandırmadan mütəmadi istifadə etmək lazımdır.
Qeyd edək ki, hazırda ölkəmizdə COVİD-19-la yanaşı qızılca virusu da canlar almaqdadır. Belə ki, qızılcaya yoluxma adətən uşaqlar arasında çoxluq təşkil etsə də, bu xəstəlik böyük yaşlı insanların nəinki yoluxması hətta ölümünə səbəb olub.
Səhiyyə işçiləri və ictimaiyyət arasında narahatlığa baxmayaraq, səlahiyyətlilər hazırda bunun ictimai sağlamlıq üçün minimal risklər yaratdığını vurğulayırlar. Lakin xüsusən də bayram günlərində vətəndaşlarımızın digər ölkələrə səyahəti və geri dönüşü ilə əlaqədar ştammın ölkəmizə gətirilməsi istisna deyil.
Əksər xəstələrdə 4-5 gün ərzində...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, koronavirusun yeni “JN1” ştammına yoluxmuş şəxslər hərarət, burun axması, boğaz ağrısı və baş ağrısı kimi əlamətlərlə qarşılaşa bilər. Onun sözlərinə görə, yeni ştamm əksər xəstələrdə adətən dörd-beş gün ərzində aradan qaldırılan yüngül yuxarı tənəffüs simptomları müşahidə edilir: “Bunlar əvvəlki ştammların simptomları ilə üst-üstə düşsə də, iştahsızlıq, davamlı ürəkbulanma, həddindən artıq yorğunluq və potensial mədə-bağırsaq problemləri kimi spesifik xüsusiyyətlər də diqqət çəkir. Son dövrdə bəzi ölkələrdə yoluxma hallarının sayında kəskin artım müşahidə olunsa da, daha az ölüm halları qeydə alınır. Amma bu fakt arxayınlıq yaratmamalıdır. İctimai sağlamlıq tədbirlərinə riayət etmək - əllərin yuyulması, sosial məsafənin qorunması və maskadan istifadə vacibdir. İnfeksiyanın simptomları olan insanlar evdə qalmalı, vəziyyətləri pisləşdikdə həkimə məlumat verməlidirlər”.
COVİD kimi uzun çəkməyəcək...
İnfeksionist qeyd edib ki, hələ qızılca xəstəliyi Avropa ölkələrində çox yayılmayıb: “Avropa ölkələrində də peyvəndə qarşı çıxanlar var. Amma burada peyvənd olunanlarla olunmayanların nisbəti məsələsi var. Bu nisbət fərqi əgər çox olarsa, həmin yerdə epidemiya, ya da endemiya müşahidə olunur. Fərq azdırsa, peyvənd olunanlar kifayət qədər çoxdursa, onların fonunda peyvənd olunmayanlar da infeksiyaya yoluxmur. Qızılca xəstəliyi çox sürətli yoluxan xəstəlikdir, COVİD kimi deyil. Burada pik nöqtəyə çatma, sonra enmə daha sürətlə müşahidə olunur. Bu artıq bizdə bir müddətdir ki, başlayıb. Hər halda lokal şəkildə rayon, kənd üzrə pandemiyanın sönməsi müşahidə olunacaq. Burada artıq bir dəfə yoluxmaqla ömürlük, möhkəm immunitet yaranır. Yoluxub sağalanlar bir daha yoluxmurlar. Nəzərə alsaq ki, orta və yaşlı nəsildən əvvəllər bu xəstəliyi keçirənlər var. Peyvənd olunanlar da var, onlar yüngül keçirirlər. Bütün bunlar onu göstərir ki, qızılca xəstəliyi çox böyük problem yaratmamalıdır. Qısa dövr ərzində yaxşılaşmanı müşahidə etməliyik. Fikrimcə, bu, COVİD kimi uzun çəkməyəcək”.
Qızılca indi daha təhlükəlidir?
M.Əliyev qızılcaya yoluxmanın daha sürətli olması və əvvəlki illərlə müqayisədə daha təhlükəli xarakter alması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, adi hesab etdiyimiz qrip virusu belə bəzən öldürücü ola bilir: “Qızılca virusunun spesifik dərmanı yoxdur, ona qarşı yalnız dəstək müalicəsi aparılır. Xüsusilə böyük insanlar bu xəstəliyi daha ağır keçirirlər. Onlar xəstəxana şəraitində və həkim nəzarətində olmalıdırlar ki, xəstəlik ağırlaşmasın. Çünki qızılca zamanı xəstəliyin ikinci ağırlaşmaları da ola bilər. Etiraf edək ki, bu xəstəlik əvvəlki illərlə müqayisədə daha təhlükəli hal ala bilər. Zamanında müdaxilə olunmazsa, xəstəlik ağırlaşa bilər və xəstəni itirə bilərik”.
Qızılca mutasiya olunurmu?
İnfeksionist bildirib ki, qızılcanın mutasiya və ştammları ilə bağlı konkret məlumat yoxdur: “Təbii ki, bütün viruslar mutasiya oluna bilir. Amma burada problem mutasiya olmaqla əlaqəli deyil. Virusla qarşılaşmamış insanlar bu xəstəliyi keçirirlər. Peyvənd olunan insanlar qızlcaya qarşı qoruyucu altındadırlar. Hazırda böyüklərin də peyvənd olunması barədə qərar var. Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb. Peyvənd iki dozada aparılır. Bir doza vurulandan 28 gün sonra ikinci doza da vurulmalıdır”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

