Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqton şəhərinin meri ilə görüşüb
30.07.2013 [09:39]
İyul ayının 26-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqton şəhərinin meriyasında olub.
Şəhərin meri Vinsent Qrey ilə görüşdə ABŞ paytaxtının merinə Azərbaycan və Birləşmiş Ştatlar arasında qarşılıqlı münasibətlərin uğurlu inkişafı barədə məlumat verilib və cari ilin mayında Bakıda keçirilmiş Amerika-Azərbaycan Forumunun yekunlarından söz açılıb. Ölkəmizdə aparılan yenidənqurma və abadlıq işləri sahəsində əldə olunan nailiyyətlər Vaşinqton merinin diqqətinə çatdırılıb.
Səfir E.Süleymanov, həmçinin Azərbaycan paytaxtının çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, o cümlədən 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarını, daha sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşdığını bildirib.
Öz növbəsində Vincent Qrey idarə etdiyi şəhərin dinamik bir tərəqqi dövrü yaşadığını və paytaxt əhalisinin davamlı olaraq artmaqda olduğunu bildirib. Mer Vaşinqtonun da həyatında idmanın mühüm yer tutduğunu deyərək, bu günlərdə paytaxtı təmsil edən futbol komandası üçün yeni stadionun inşası üzrə razılaşmanın əldə olunduğunu misal gətirib.
Azərbaycanlı diplomat E.Süleymanov rəhbərlik etdiyi diplomatik missiyanın Vaşinqtonun ictimai və mədəni həyatına ardıcıl surətdə töhfə verməyə çalışdığını qeyd edərək, səfirliyimizin meriyanın şəhər məktəblərinin himayəsinə dair proqram çərçivəsində An Biers ibtidai məktəbi ilə əməkdaşlıq etdiyini söyləyib. O, bundan əlavə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda məktəblərin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri barədə danışıb və ötən iyun ayında Fond tərəfindən Merilend ştatının Montqomeri dairəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə edilmiş xeyriyyə yardımını xatırladıb. Bundan əlavə Vaşinqton meri ətraf mühitin müdafiəsi ilə bağlı şəhərdə həyata keçirilən layihələrdən bəhs edərək, səfirliyi bu təşəbbüsdə iştiraka dəvət edib.
İstinad edilən layihələrin əhəmiyyəti ilə bağlı merin fikirlərini bölüşən səfir E.Süleymanov öz növbəsində Azərbaycanda 2011-ci ildə başlanmış IDEA Ətraf mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası haqqında söz açıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

