İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzerin xatirə gecəsi keçirilib
26.10.2013 [12:26]
İngiltərə-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirə gecəsi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə diplomatik korpusun və Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Cəmiyyətin fəxri katibi Dr. Kennet Forest Lord Freyzerin həyatı və İngiltərə-Azərbaycan Cəmiyyətindəki fəaliyyətindən bəhs edib. Bildirilib ki, Lord Freyzer Azərbaycan həqiqətlərinin Böyük Britaniya ictimaiyyətinə çatdırılmasında, bu ölkədə Azərbaycanın dostlarının sayının artmasında, həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük xidmətlər göstərib. Lord Freyzerin gənc azərbaycanlı musiqiçiləri dəstəkləməsi xüsusi vurğulanıb.
Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Lord Freyzerin Azərbaycanın həqiqi dostu olduğunu qeyd edib. Bildirilib ki, həmsədr olduğu müddətdə o, iki ölkə və xalq arasında mədəni və humanitar təmasların genişlənməsi işinə böyük töhfələr verib. Professor N.Paşayeva Lord Freyzerin son səfərini məhz Bakı şəhərinə etməsini həqiqi qəhrəmanlıq kimi qiymətləndirib. Çıxışının sonunda N.Paşayeva vurğulayıb: “Biz Lord Freyzerin xatirəsini qəlbimizdə yaşadacaq, Cəmiyyətimizin fəaliyyətində əsasını qoyduğu ənənələri davam etdirəcəyik”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Lord Freyzer haqqında xatirələrini bölüşüb. Səfir vurğulayıb ki, əməkdaşlıq çərçivəsində başlayan münasibətləri həqiqi dostluğa çevrilib. Lord Freyzer həm Azərbaycanda, həm də Britaniyada xüsusilə gənclər tərəfindən çox sevilirdi. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində xüsusi töhfələri olan şəxsiyyət olduğu diqqətə çatdırılıb. İki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsindəki töhfələrinə görə Lord Freyzer 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib.
Lord Freyzerin siyasi karyerasından da bəhs edən səfir, onun Şotlandiya və İngiltərədə əhəmiyyətli vəzifələr icra etdiyini diqqətə çatdırıb, İngiltərə-Azərbaycan Cəmiyyətinə həmsədrliyi çərçivəsində bir çox əhəmiyyətli layihələrin müəllifi olduğunu vurğulayıb. Çıxışını Amerikalı şair Ceyms Vitkombdan sitat gətirərək tamamlayan F.Qurbanov Lord Freyzerin həmişə qəlblərdə yaşayacağını diqqətə çatdırıb.
Lord Freyzerin oğlu Ceymi Freyzer atası haqqında xatirələrini bölüşüb. Lord Freyzerin, cəmiyyətə həmsədrlik etməkdən qürur hissi keçirdiyini diqqətə çatdıran Ceymi Freyzer onun Azərbaycanı çox sevdiyini, ölkəmiz haqqında xatirələrini həvəslə danışdığını vurğulayıb. Xatirə gecəsində iştirak etməkdən məmnunluğunu ifadə edən Ceymi Freyzer təşkilatçılara minnətdarlığının bildirib. Cəmiyyətin nəzdində xatirə fondu yaradılmasının yüksək qiymətləndirən Ceymi Freyzer, bunun Azərbaycanda və Britaniyada gənclərə faydalı olacağından əminliyini diqqətə çatdırıb.
Qeyd etmək lazımdır ki, İngiltərə-Azərbaycan Cəmiyyəti hər iki ölkədə ehtiyacı olan gənclərə, xüsusilə musiqi sahəsində istedadlarını artırmaq məqsədi ilə xatirə fondu yaradılmasını qərara alıb.
Daha sonra gecə, gənc musiqiçilər Sofi Snedon, Qil Simpson, Günel Mirzəyeva, Nigar Mirzəyeva, Vera Xait, Nəzrin Rəşidova, Stanislav Hvartçilkov və Ceyla Seyidovanın müxtəlif musiqi alətlərində, həmçinin Britaniyanın ilk qadın orkestrı “Fe Musa”-nın ifasında konsert proqramı ilə davam edib. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

