NATO konsepsiyasının Çin “səddi”
02.07.2022 [11:11]
Müttəfiqlər açıq mübarizəyə start verir
PƏRVİZ
Pekinlə qarşıdurma qaçılmazdır
NATO-nun Madrid sammitində qəbul edilən yeni konsepsiya müttəfiqlərin qlobal liderlik uğrunda mübarizəsinin ştrixlərini tam şəkildə ortaya qoymuş oldu. Belə ki, yekun deklorasiyada kiber, kosmik, hibrid və digər asimmetrik təhdidlər və yeni yaranan, təhlükəli texnologiyalardan zərərli istifadə də təhdid kimi xarakterizə olunur: “Biz maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyan və qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışan Çin Xalq Respublikası da daxil olmaqla, sistemli rəqabətlə üzləşirik. Sərhədlərimizdən kənarda qeyri-sabitlik qanunsuz miqrasiyaya və insan alverinə gətirib çıxarır”.
Bundan başqa, yekun deklarasiyada NATO müttəfiqləri bəyan edir ki, bütün təhdid və təhlükələrə qarşı NATO cavab verəcək və yeni düzənə adaptasiya olacaq: “Biz bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün uzun müddət üçün çəkindirmə və müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik. Biz bunu quru, hava, dəniz, kiber və kosmos sahələrində və bütün təhdid və çağırışlara qarşı 360 dərəcə yanaşmamıza uyğun olaraq edəcəyik”.
NATO Hind-Sakit Okean hövzəsini nəzarət altına almağa çalışır
Təbii ki, Şimal Alyansının yeni yol strategiyası adlandırılan konsepsiya qarşıdakı dövrdə yeni siyasi, hətta hərbi mərhələnin şərtlərini formalaşdırır. İlk növbədə, dünyaya bir mesaj xarakteri daşıyan bu konsepsiyada Çinin adının xüsusi vurğulanması da boşuna deyil. Bir ildən artıqdır ki, Uzaq şərqdə aktivliyini daha da artıran NATO burada özünün “filialını” - AUKUS-u qurmaqla Hind-Sakit Okean hövzəsində baş verən siyasi prosesləri nəzarət altına almağa çalışır. Burada yeganə sədd isə Çindir. Dünya iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən Çin ABŞ da daxil olmaqla müttəfiqlərin regionda söz sahibi olmasını həzm edə bilmir. Yeni siyasi-hərbi konfiqurasiyada isə Çin müttəfiqlərin əsas hədəfinə çevrilir. Bunu ötən bir ildə baş verənlər açıq şəkildə ortaya qoyur.
Vurğulanmalıdır ki, yeni dünya nizamında fərqli cəbhələrdə yer alacaq ölkələrin adlarının qismən də olsa dəqiqləşməsi son aylarda Çində hərbi hərəkətlənmələrə səbəb olub. Prezident Baydenin Koreya və Yaponiya səfərinə qədər susqunluğunu qoruyan rəsmi Pekin məhz həmin andan etibarən öz mövqeyini açıq şəkildə bildirməyə başladı. Baydenin Tayvanla bağlı açıqlaması isə burada “açar” rolunu oynadı. Çin Xalq Azadlıq Ordusunun 30-a yaxın döyüş təyyarəsinin Tayvanın hava hücumundan müdafiə zonasına daxil olması isə hərbi toqquşmanın zamanını qabağa çəkmiş oldu. Siyasi mütəxəssislər bu addımı ABŞ-ın şərq sularında yaratdığı yeni hərbi birliyə əzələ nümayişi və Tayvana qarşı himayədarlığa cavab saymaqdadırlar. Çin isə bununla kifayətlənmək fikrində deyil. Mayın sonunda Pekində keçirilən “Kissincer və Çin-Amerika münasibətləri” seminarında iştirak edən bu ölkənin xarici işlər naziri Vanq Yi ABŞ-ın öz hərəkətləri ilə Tayvan üzərində münaqişə yarada biləcəyi və bunun onlar üçün fəlakətli nəticələrə yol açacağı kimi hədələyici bəyanatla çıxış edib. Vanq Yi açıq təhdid ritorikasından istifadə edərək bildirmişdi ki, ABŞ hakimiyyəti “vahid Çin” prinsipinə əməl etməsə, öz başına fəlakət gətirəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

