Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Nüvə ittihamları artır

Nüvə ittihamları artır

02.08.2022 [11:00]

Dünya addım-addım dəhşətli müharibəyə doğru

MÜBARİZ

Rusiya-Ukrayna müharibəsi uzandıqca qlobal təhlükəsizliyə təhdidlər də artır. Müharibə dünyanın qütbləşməsini sürətləndirib. Geosiyasi maraqlarını, necə deyərlər, ildırım sürəti ilə reallaşdıra bilməyən qlobal güc mərkəzləri hər ötən gün daha aqressiv iddialar səsləndirərək rəqiblərinə açıq-aşkar güc nümayiş etdirməkdən çəkinmirlər. Belə kədərli mənzərə fonunda “nüvə müharibəsi olacaqmı” sualı da tez-tez eşidilir.

ABŞ-dan Çinə açıq mesaj

Əvvəlki mərhələdə dünya nəhəngləri hadisələri pərdə arxasından idarə etməyə üstünlük verirdilərsə, artıq belə görünür ki, onların səbr kasası daşmaqdadır və qarşıdurma fəaliyyətlərini açıq müstəviyə keçirirlər. Bu günlərdə dünya nəhəngi ABŞ-dan dünya siyasətinin və iqtisadiyyatının digər ağır çəkili fiquru olan Çinin ünvanına açıq qınaq və hədə mesajları gəlib. “Son iki ildə Çin arsenalında olan nüvə başlıqlarının sayını iki dəfə artırıb”. Bu barədə ABŞ-ın strateji komandanlığının rəhbəri, admiral Çarlz  Riçard  The Washinqton Tımes nəşrinə bildirib. Onun sözlərinə görə, Qərbi Çində qitələrarası ballistik raketlərin 360 başlığı DF-31 mobil  raketlərinin sayının iki dəfə artması ilə birlikdə bu ölkənin artan nüvə arsenalının “daha nəhəng və diqqətçəkən” elementini təşkil edir. İddialara görə, Çinin “xalq-azadlıq odusu” nüvə başlıqlı ballistik raketlərlə təchiz edilmiş H-6N qırıcılarını və “Çzin” sinfindən olan atom sualtı qayıqlarını Cənubi Çin dənizində yerləşdirib. “Bu ölkədən bizim müttəfiqlərimizə qarşı gözlənilən təhlükə artır. Bunun hansı sonluqla bitəcəyi isə bəlli deyil”, - deyə admiral vurğulayıb. Onun sözlərinə görə, Çinin nüvə silahı arsenalının gücləndirilməsində necə böyük sürətlə uzağa getdiyinin sirrini anlamaq çətindir. Lakin o aydındır ki, Pekinin yaratdığı həyəcan tam realdır və getdikcə daha da böyüyür.

Bundan əvvəl isə nüvə müharibəsi xəbərdarlığı İrs Fondunun analitiki Petti-Ceyn Qellerdən gəlmişdi. O bəyan edib ki, Amerika Birləşmiş Ştatları özünün strategiyasını elə dəyişməlidir ki, həm Rusiya Federasiyası, həm də Çin tərəfindən ehtimal olunan nüvə zərbələrinə eyni vaxtda cavab verə bilsin. Onun sözlərinə görə, ABŞ “həm zərbələri dəf etmək, Rusiyaya cavab vermək iqtidarında olmalı, eyni zamanda, Çini dayandırmaq imkanlarını saxlamalıdır”. Analitikin qənaətinə görə, Vaşinqtonun fəaliyyətsizliyi nüvə sferasında qlobal sabitliyin pozulması ilə nəticələnə bilər.

Şərqlə Qərb arasında qırmızı xətt

Bu gün Rusiya-Ukrayna müharibəsi yalnız iki dövlətin qarşıdurması kimi deyil, bütövlükdə Şərqlə Qərbin üz-üzə gəlməsi anlamında başa düşülür. Sonu görünməyən müharibə fonunda nüvə müharibəsi riskləri barədə müzakirələr də intensivləşib. Bu günlərdə Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrov da nüvə müharibəsi ehtimalları ilə bağlı fikirlərini bölüşüb. O, müharibənin “Şərqlə Qərb arasındakı əlaqələri qırılma nöqtəsinə gətirdiyi üçün, nüvə müharibəsi gözləniləndir” fikrini səsləndirib. Qərbin Çin və Rusiya ilə əlaqəni kəsdiyini vurğulayan Lavqrov, bu vəziyyətin nüvə münaqişəsinə çevrilmə ehtimalının olduğunu bildirib: “Siyasətdə geniş şəkildə istifadə edilən “arxa qapı” diplomatiyası artıq pozulub. Biz qapılar arxasında aparılan danışıqlardan daha çox hərbi gücün ön plana çıxdığını görürük. Qərb bu iki ölkə ilə əlaqələrini kəsdiyinə görə, Çin və ya Rusiya ilə nüvə münaqişəsinin baş vermə ehtimalı real görünür".

O, eyni zamanda NATO-nun strateji sabitliyinin risk altında olduğunu da vurğulayıb: “NATO və SSRİ arasında qarşılıqlı anlaşmanın olması, nüvə müharibəsinin baş vermə ehtimalını azaldırdı. Ancaq indi vəziyyət tam başqadır. Qərb Çinlə eyni nüvə potensialına malik deyil. Çinin nüvə modernləşdirilməsi proqramı ilə bağlı açıq narahatlıqlarımız var. Bu da onun arsenalındakı nüvə silahlarının həm sayı, həm də növü ilə bağlıdır".

Yaponiyadan Şimali Koreyaya qarşı

Bu günlərdə Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Yoşihiko İsozaki də ölkəsinin nüvə müharibəsi ehtimalının artdığı barədə narahatlığını dilə gətirib. Bu narahatlığın real səbəblərdən qaynaqlandığını diqqətə çatdıran Yaponiya hökumətinin rəsmisi vurğulayıb ki, ölkəsi regional və beynəlxalq təhlükəsizlik baxımından Şimali Koreyanın nüvə və raket proqramlarını qəbuledilməz hesab edir. “Yaponiya hökuməti bununla əlaqədar lazımi informasiyanın toplanması və təhlili üçün, həmçinin çevik monitorinqlərin aparılması məqsədilə lazım olan bütün addımları atır. Bununla əlaqədar biz ABŞ və Cənubi Koreya ilə də sıx əməkdaşlıq edirik”, - deyə baş katibin müavini Şimali Koreya lideri Kim Çen Inın ehtiyac yaranacağı halda nüvə silahından istifadəyə hazır olmaları barədə bəyanatını şərh edərkən bildirib.

“Şimali Koreyanın nüvə və raket proqramları həm bizim ölkə, həm də beynəlxalq cəmiyyət üçün təhdiddir və əslən qəbuledilməzdir”, - deyə Y.İsozaki əlavə edib.

Xatırladaq ki, bu ərəfədə Koreya müharibəsinin (1950-1953-cü illər) başa çatmasının növbəti ildönümü ilə əlaqədar tədbirdə çıxışı zamanı Şimali Koreyanın lideri Kim Çen İn ölkəsinin ABŞ ilə istənilən hərbi qarşılaşmaya hazır olduğunu qeyd edib. Kim Çen In bildirib ki, ABŞ-ın regionda keçirdiyi təlimlər Şimali Koreyaya birbaşa təhlükə yaradır və ölkənin silahlı qüvvələri bununla əlaqədar yarana biləcək böhrana cavab verməyə tam hazırdır. Şimali Koreya lideri, həmçinin qeyd edib ki, ölkəsinin nüvə hücumuna qarşı qüvvələri də hazır vəziyyətdədir və öz missiyalarına uyğun olaraq, dəqiq və sürətli cavab verməyə hazırdır.

Paylaş:
Baxılıb: 100 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31