Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisi

Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisi

29.04.2024 [11:09]

 Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb. İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsini  beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisi kimi xarakterizə edib. Ölkəmizin başçısı deyib ki, COP29 çox böyük məsuliyyətdir və burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Növbəti sualı cavablandıran dövlət başçısı iqlim dəyişikliyi ilə mübarizə baxımından Azərbaycan dövlətinin COP29-un uğurlu olmasında olduqca istəkli olduğunu bildirib. Prezident deyib ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. Ölkəmizin başçısı sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətinini bölüşüb. Ekoloji təhlükəsizliklə bağlı növbəti suala aydınlıq gətirən prezident İlham Əliyev deyib ki, ölkəmizdə ekoloji fəlakət olan dəhşətli mirası təmizləmək üçün yüz milyonlarla, hətta milyardlarla dollar xərclənilib. Dövlət başçısı deyib ki, indi Bakıda görünən mənzərə 10 il, 20 il bundan əvvəlki vəziyyətlə müqayisədə təsəvvür olunmaz gerçəklikdir. Belə ki, bu illər ərzində çoxlu rekultivasiya,  təmizləmə işlərini icra edilib və ekoloji cəhətdən təmiz olan bir çox təşəbbüslər həyata keçirilib. İndi isə COP29-un sədri olaraq ölkəmizin  üzərində olan məsuliyyət səviyyəsi daha da artmaqdadır. İlham Əliyev xüsusi vurğulayıb ki, Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Prezident onu da diqqətə çatdırıb ki, ölkəmizin Avropaya qaz təchizatı 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Ölkəmizin başçısı Azərbaycan-Çin münasibətilərinə aydınlıq gətirərək bildirib ki, hər iki ölkə arasında  münasibətlər  uğurla, qarşılıqlı hörmət və dəstək, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında inkişaf edir. Türkiyə Ermənistan münasibətilərinə aydınlıq gətirən ölkəmizin başçısı deyib ki,  Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində hazırda iş gedir və biz bunu dəstəkləyirik. Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdar olduğunu deyən İlham Əliyev  Ermənistanın təkcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddialarının olduğunu və bu məsələnin də mütləq həll olunmasının vacibliyini bildirib: «Bilirsiniz, Ermənistanın milli rəmzi Ağrıdağ dağıdır, onların “Ararat” adlandırdıqları dağ Türkiyədə yerləşir. Məncə, bu, qətiyyən qəbuledilməzdir. Mənim şəxsi fikrim belədir ki, onların cəmiyyətlərinə bu cür mesaj vermələri tamamilə yanlışdır. Yadımdadır, bir dəfə Ermənistanın əvvəlki prezidenti Serjik Sarkisyandan məncə, onun partiyasının bəzi gənc üzvləri ilə görüşdə soruşmuşdular ki, indi “Artsax” adlanan ərazini azad etdik, bəs Qərbi Ermənistan? Onlar belə adlandırırlar və bəziləri indi də Türkiyəni belə təqdim edirlər. Soruşurlar ki, bəs torpaqlarımız nə vaxt azad olunacaq? O dedi ki, “biz öz işimizi gördük, bu da sizdən asılıdır”. Bu, mənim uydurmam deyil, internetdə onun dediklərini, onun bu fikrini olduğu kimi tapa bilərsiniz. Məncə, erməni cəmiyyətinin ən böyük faciəsi budur ki, onlar həqiqətən Türkiyənin həmin hissəsini Türkiyədən ayırıb Ermənistana birləşdirə biləcəklərini düşünüblər. Beləliklə, onlar özlərini çox yüksək qiymətləndirirdilər və bu, ən böyük problemdir. İndi onlar normallaşmaq istəyirlər və biz bunu dəstəkləyirik, lakin onlar bütün bu atributlardan qurtulmalıdırlar».

Növbəti sualı cavablandıran ölkəmizin başçısı bildirib ki, Azərbaycan heç vaxt Aİ-yə üzv olmağı qarşıya hədəf qoymayıb: «Biz aydın başa düşürdük və başa düşürük ki, bu, real deyil və heç vaxt olmayacaq, biz onların tələb etdikləri hər şeyi etsək belə». İlham Əliyev Türkiyəni  nümunə olaraq misal çəkib və deyib ki, Türkiyə namizəd olduqdan sonra bir çox ölkə Avropa İttifaqına qəbul edildi, amma Türkiyə əhalisinin müsəlman olması səbəbindən qəbul edilmədi. Prezident xüsusi vurğulayıb ki, əgər onlar Cənubi Qafqazda daha fəal olmaq istəyirlərsə, ərazisinə, əhalisinin sayına, iqtisadi potensialına görə ən böyük ölkə olan Azərbaycanı nəzərdən qaçıra bilməzlər. İlham Əliyev deyib ki, Azərbaycanı kənarda saxlamaq istəsələr, Cənubi Qafqazda əməkdaşlıq olmayacaq. Rusiya Ukraynan müharibəsi ilə bağlı ünvanlanmış suala aydınlıq gətirən ölkəmizin başçısı bildirib ki, Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını bilmir və əgər kimsə bilirsə, yəqin ki, Nobel Sülh Mükafatına namizəd olmalıdır: «Amma mən bunu belə deyərdim, nə vaxtsa bitəcək, çünki müharibələr gec-tez dayanır».

 Azərbaycan Respublikasının prezidenti Cənubi Qafqazın bir çox ölkələr üçün getdikcə daha cəlbedici olduğunu vurğulayaraq deyib ki, Azərbaycan Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və başqa heç bir ölkənin onların hər ikisi ilə sərhədi yoxdur: «Bu, bizim həyatımızdır, biz onu ləyaqətlə yaşayırıq. Müstəqilliyimizə maksimum sadiqik və mən hesab edirəm ki, bugünkü Azərbaycan bunun mümkün olduğu yaxşı nümunədir. Coğrafiyadan və çətinlikdən şikayətlər üçün bəhanə kimi istifadə edilməməlidir. Bilirsiniz ki, coğrafiyamız Avropadan fərqlidir, amma bu, bizim həyatımızdır. Biz müstəqil ölkə kimi yaşayıb uğur qazanmalıyıq ki, Azərbaycan xalqına seçimimizin, həyat tərzimizin regionda ən yaxşı olduğunu nümayiş etdirək».

Təhmasib Rüstəmov

YAP Qubadlı Rayon Təşkilatının sədri

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31