Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da...
27.05.2024 [10:38]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur.
Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir.
Bir sözlə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.Təəssüf hissi ilə xatırlayırıq ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan hələ müstəqilliyinin ilk günlərindən bir çox bəlalarla üzləşmiş və ilk Respublika gününü torpaqlarının bir hissəsinin işğalı altında qeyd etmişdi.
Əgər 1993-cü ildə Ümumilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı şübhə yoxdur ki, bu işğal daha da genişlənəcək, ölkə daxilində vətəndaş müharibəsi ən yüksək səviyyəyə çatacaq, ölkəmizin müstəqilliyi şübhə altına düşəcəkdi. Azərbaycan xalqı şanslı xalqdır ki, onun Heydər Əliyev kimi lideri və xilaskarı var.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan qısa bir müddət sonra ölkədə daxili sabitliyin təmin olunması istiqamətində təsirli tədbirlər gördü, atəşkəs müqaviləsinin imzalanmasına nail oldu və dərhal iqtisadiyyatın gücləndirilməsi, ölkənin içinə düşdüyü informasiya blokadasının yarılması istiqamətində ardıcıl addımlar atdı. Heydər Əliyevin düşünülmüş siyasəti Azərbaycanın gələcəyinin təmin olunmasında birbaşa rol oynadı. Bu günsə Ulu Öndər Heydər Əliyev yolu onun layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.
44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Məhz Prezidentimizin – Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May – Respublika Gününü dövlətçiliyin əsas şərtlərindən biri olan respublikamızın ərazi bütövlüyünün təmin olunması və torpaqlarımız işğaldan azad edilməsinin sevinci və Vətən müharibəsi zəfərinin qüruru ilə qeyd edir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

