Azərbaycan-Tacikistan əlaqələrində yeni üfüqlər açılır
30.05.2024 [11:29]
Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir. İlin sonunda E.Rəhmon yenidən ölkəmizə səfər edəcək, bir daha bütün məsələlər nəzərdən keçiriləcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət olunacaq.
Azərbaycanla Tacikistan arasında mövcud ikitərəfli əlaqələr qədim tarixə malikdir. Hələ keçmiş SSRİ-nin tərkibində olan zaman hər iki ölkə müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
İki ölkənin prezidentləri İlham Əliyevin və Emoməli Rəhmonun iştirakı ilə mayın 23-də Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Həmin sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu, dövlətlərarası münasibətlərin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirilib, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb. Bütün bunlar qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək. Forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərir. Forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verilib.
Tacikistanda Prezident İlham Əliyevin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir. Danışıqlar zamanı Azərbaycan Prezidentinin Tacikistana ötənilki dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. İqtisadi-ticari sahədə əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılıb. Ölkələrin hökumətlərinə 2025-ci ilədək iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırılıb.
Danışıqlarda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutub. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirilib. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəlinib. Səfər çərçivəsində keçirilən mədəni tədbirlər bu ölkələrin vətəndaşlarının bir-birinin mədəni nailiyyətləri ilə tanış olmaq marağını və istəyini bir daha sübuta yetirib.
Səfər zamanı həmçinin Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlər ətraflı nəzərdən keçirilib. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Qarşılıqlı fəaliyyət əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün Tacikistan-Azərbaycan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

